İnsanlara hürriyət, millətlərə istiqlal!

Slavyanskda kütləvi qırğın törədilə bilər

2541 02.05.2014 13:44 Son xəbər A A
"Ukraynanın Slavyansk şəhərində terrorçular təxribat xarakterli kütləvi qırğınlar törətməyi planlaşdırır. Şəhərə qanlı qırğınların işıqlandırılması üçün rusiyalı jurnalistlərin gətirilməsi prorsesinə başlanılıb". 

ANS PRESS-in məlumatına görə bunu separatçı hərəkata qarşı olan “İnformasiya müqaviməti” adlı mərkəzin nümayəndəsi Dmitri Timçuk açıqlama verib.

Onun sözlərinə görə, separatçılar Slavyansk şəhərində təxribat xarakterli kütləvi qırğınlar törədərək dünyaya Ukrayna hərbçilərini "vəhşi" kimi göstərmək istəyirlər. Təxribat xarakterli qırğınların dünyaya nümayiş etdirilməsi üçün şəhərə Rusiya xəbər agentliklərinin jurnalistləri gətirilib.

Qeyd edək ki, Ukrayna ordusu ölkənin şərq vilayətlərində xüsusi əməliyyata başlayıb. Slavyansk şəhəri mühasirəyə alınıb, şəhər ətrafında ağır zirehli texnika keşik çəkir. Ukrayna ordusu aviasiyadan da istifadə edir. Artıq separatçılar tərəfindən orduya məxsus 2 helikopterin vurulduğu, 1 pilotun həlak olduğu bildirilir. Ukrayna ordusu ilə separatçılar arasında toqquşmalar davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR