Slavyansk yaxınlığında tutulan rusiyalı jurnalistlər buraxıldılar
Rusiyanın "Zvezda" telekanalının Ukraynanın Slavyansk şəhəri yaxınlığında saxlanılan əməkcdaşları axad ediliblər. Musavat.com-un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, operator Andrey Suşenkov və səs mühəndisi Anton Malışev artıq Ruksiya ərazisindədirlər.
Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan telekanalın əməkdaşları Slavyansk yaxınlığında Ukrayna Milli Qvardiyasının döyüşçüləri tərəfindən cümə günü saxlanılmışdılar.






