İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sizin kimi insanlarla eyni havanı almaqdan nifrət edirəm"- müğənni Kərim özündən çıxdı

705 16.06.2020 15:04 Şou-biznes A A

“Sadəcə şokdayam. 4 gün öncə “Artıq şou proqramlara start verildi” paylaşımımdan sonra, ötən günlərdə insanların gözünə rəng qatmaq üçün keçmiş tədbirlərimdən bir paylaşım etdim və belə tədbirlər görüntüləri  məndə çoxdur.

Burada məqsəd sərt karantin günlərində sıxılan insanları azacıq da olsa, ötən günlərə qaytarmaq idi. Baxmayaraq ki, bu video “Yeni tədbir” adı altında idi. Bundan sui-istifadə etmək istəyənlər isə insanlara bunu tamamilə başqa formada çatdırıblar”. 

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov sosial şəbəkədə yazıb. Müğənni dənizkənarı əyləncə mərkəzlərinin birində baş tutan gecədən paylaşdığı görüntülərin ötən il lentə alındığını qeyd edib:

“Əvvəla açıq havada karantin rejimi pozulmur. Əgər bu rejim pozmaqdırsa, getsinlər avtobuslara və metroya baxsınlar. Az qala hamı sıxlıqdan bir-birinə qohum olub.  Mənim bölüşdüyüm bir videoya görə bunu necə öz marağınıza uyğunlaşdıra bilərsiniz? Guya siz bilmirsiniz ki, bu karantin günlərində heç yerdə tədbir keçirilmir? Sizin kimi insanlarla eyni havanı almaqdan nifrət edirəm”.

Qeyd edək ki, müğənninin paylaşımı müzakirələrə səbəb olmuşdu. İnsanlar müğənninin “Artıq şou proqramlara start verildi”  başlıqlı paylaşımını tənqid edib, karantin qaydalarının pozulduğunu bildirmişdilər. 


Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR