İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyəzəndə yük avtomobili minik maşınını vurub, ata və azyaşlı oğlu xəsarət alıb

321 29.10.2014 10:10 Son xəbər A A

APA-nın şimal bürosunun məlumatına görə, “KamAZ” markalı yük maşını qarşıda hərəkətdə olan Quba rayonu Hacıhüseynli kənd sakini, 1983-cü il təvəllüdlü Həsənov Səməd Qasımağa oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobilini vurub.
 
Qəza nəticəsində minik maşını yoldan çıxaraq aşıb. Sürücü və onun 5 yaşlı oğlu Həsən Həsənov müxtəlif bədən xəsarətləri alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
 
Azyaşlıya sağ bud sümüyünün sınığı, sürücüyə isə 4-5-ci qabırğaların qapalı sınığı diaqnozu qoyulub.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR