İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyəzəndə bahalaşma əleyhinə etiraz aksiyası keçirilib - "ölən və yaralanan yoxdur" - Rəsmi

5007 13.01.2016 16:21 Son xəbər A A



Siyəzəndə İcra Hakimiyyətinin binası qarşısında bahalaşmaya və işsizliyə görə aksiya keçirilib. Bu barədə musavat.com-a yerli qaynaqlar məlumat veriblər. Məlumatda iddia olunur ki, günün birinci yarısında baş verən aksiyaya görə rayona Daxili Qoşunların və Çevik Polis Alayının qüvvələri gətirilib. Aksiyaya səbəb kimi unun bahalaşması və işsizlik göstərilir. 

Məlumat verən qaynaq iddia edir ki, rayon mərkəzində yerləşən məscidin həyətində bir qadın özünü yandırıb. Qadının maddi problemlərinin olduğu bildirilir. Qadının kimliyini, intiharının səbəbini dəqiqləşdirməyə çalışırıq.  
İlkin məlumatlarda vurğulanır ki, aksiyaçılar arasında saxlananlar var. Deputat Tahir Süleymanov rayona gəlsə də, sakinlərlə görüşə bilməyib.
Hazırda rayonda sakitlikdir.  


APA-ya açıqlamasında Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bildirib ki, rayonda sabitlik təmin olunub.

O qeyd edib ki, rayonda keçirilən aksiyada ölən və yaralananların olması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil: “Bu barədə yayılan məlumatlar yalandır. Hazırda rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır”.

E.MƏMMƏDƏLİYEV, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR