İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyəzən və Şabran rayonlarında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınıb

769 29.07.2018 11:55 Hadisə A A

Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınmışdır. Tüstülənmə davam edir, açıq alov müşahidə olunmur.

FHN-in saytında verilən məlumata əsasən, hazırda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunmuşdur.

Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR