İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Tutaq ki, sabah Azərbaycan Dağlıq Qarabağı işğaldan azad etdi və...”

1832 15.11.2018 13:51 Ölkə A A

Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov “Azərbaycan Respublikası Milli Məclisi deputatının status haqqında” qanun layihəsini dəstəklədi: “İclas iclasdır, nə fərqi var, günün birinci yarısı, ya ikinci yarısı? Məgər günün ikinci yarısında qəbul olunan qanunun hüquqi qüvvəsi günün birinci yarısında qəbul olunandan təsirsizdir?”

S.Novruzov hədiyyə qəbulu ilə bağlı məsələyə də toxundu. Dedi ki, ABŞ-da 300 dollarlıq hədiyyə alan konqresmen hədiyyəni evinə apar bilər: “Biz o vaxt bu qanunu qəbul edəndə Azərbaycan manatı avro ilə eyni idi. O zaman biz 70 avro həcmində götürdük”.

S.Novruzov iclaslarda yalnız Azərbaycan dilində danışılması ilə bağlı məqama da toxundu: “Tutaq ki, sabah Azərbaycan Dağlıq Qarabağı işğaldan azad etdi və 8 erməni gəlib Azərbaycan parlamentində oturdu. Azərbaycan dilini bilməyən erməni hansı dildə danışmalıdır? Yaxud Azərbaycanda başqa millətlərin nümayəndələri yaşayır”.

Spiker O.Əsədov isə bu məsələnin Konstitusiyada əksini tapdığını bildirdi: “Erməni olmasın, kim olur-olsun, Azərbaycan dilini bilib, gəlib burda otura bilər”.

E.PAŞASOY,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR