SİYAVUŞ NOVRUZOV PREZİDENTİN TƏSDİQLƏDİYİ PROQRAMA QARŞI
“Media forum” saytına açıqlamasında Siyavuş Novruzov deyib ki, “Diffamasiya haqqında” qanunun qəbulu prezidentin təsdiqlədiyi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramına daxil edilsə də, indi bu qanunu qəbul edə bilmərək: “Çünki Azərbaycan hakimiyyəti, parlamenti ”Diffamasiya haqqında" qanunu qəbul etməyə hazır olsa da, təəssüflər olsun ki, Azərbaycan mətbuatı buna hazır deyil. Bir qrup qəzeti, informasiya agentliyini, xəbər saytlarını və televiziyaları çıxmaq şərti ilə, ölkə mediasında böyük əksəriyyətin təhsili, tərbiyəsi, səviyyəsi “Diffamasiya haqqında” qanunu qəbul etməyə imkan vermir.
Elələri var ki, ali təhsil, jurnalist təhsili almayıb, bəlkə orta məktəbi də normal başa vura bilməyib, sinifdə qalıb, amma söyüş söydüyünə görə müəyyən qəzetlər onları işə götürür, həmin adamdan istifadə edir. Problem ondadır ki, həmin şəxs ondan necə istifadə olunduğunu, bunu kimlərin həyata keçirdiyini dərk etmir. Ona görə də Azərbaycan mətbuatı nə vaxt hazır olarsa, “Diffamasiya haqqında” qanunu o vaxt qəbul edəcəyik. Bu gün isə təhqirə görə cəzanı ləğv etsək, qarşısı alınmaz proseslər baş verəcək. Müəyyən insanlar bundan istifadə edib işçilərini cinayətə əl atmağa vadar edəcək".
YAP icra katibinin müavini hesab edir ki, Azərbaycanda insan hüquqlarına böyük diqqət göstərilir.
S.Novruzovun fikrincə, bəzi qüvvələr ən çox sərbəst toplaşmaq azadlığı məsələsini qabardır: “Halbuki ölkədə bu sahədə heç bir problem yoxdur. ”Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun Azərbaycanda ən yaxşı qanunlardan biridir. Orada göstərilir ki, insanlar necə, hansı formada və harada toplana bilərlər. Avropa Şurasının Venesiya Komissiyası, digər beynəlxalq təşkilatlar da bu qanuna müsbət rəy verib. Bizim “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun bütün dünyaya nümunə göstəriləcək bir qanundur. Sadəcə olaraq, sosial bazası olmayan insanlar göstərilən yerlərdə toplantı keçirmək istəmirlər. Sonra da hay-küy salırlar ki, insanların sərbəst toplaşmaq azadlığı pozulur. Qətiyyən belə bir şey yoxdur".