İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: "Ömür boyu pulum olmayıb, bu gün də cibim boşdur"

3710 12.02.2021 18:49 Müsahibə A A

Millət vəkili Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Deputat onun barəsində yayılan məlumatları yalanlayıb.

Musavat.com Siyavuş Novruzovun publika.az-a müsahibəsini təqdim edir:

– Siyavuş müəllim, Daxili İşlər Nazirliyini niyə məhz 6 aydan sonra məhkəməyə verməyi düşündünüz?

– Kim deyir ki, məhkəməyə vermişəm, 6 aydan sonra məhkəməyə verirlər?! Məhkəməyə verəsi olsaydım, bunu vaxtında edərdim, üstündən altı ay keçəndən sonra yox… (gülür).

– Daxili İşlər Nazirliyi ilə aranızda hər hansı problem varmı?

– Həm koronavirus, həm də Vətən müharibəsi dövründə iki nazirliyin əməyini yüksək qiymətləndirmişəm: bunlardan biri Daxili İşlər Nazirliyi, digəri Dövlət Təhlükəsizliyi Xidmətidir. Yəqin, siz də yoldan keçəndə fikir vermisiniz; yağışın, qarın altında asayişin keşiyində durublar, insanların təhlükəsizliyini təmin ediblər. Terrorizmə qarşı mübarizə aparıblar. Kiminsə maşınının arxasına bomba qoya bilərlər, erməni terrorizmi dünyanın hər yerində var, bizdə də bu kimi təhlükələrin qarşısını zaman-zaman alıblar. Hər iki qurum 44 günlük müharibədə əjdaha kimi işlədi. Ondan əvvəl də, sonra da, indi də bu fəaliyyətlərinə yüksək səviyyədə davam edirlər. Bu cür strukturu gedib məhkəməyə vermək olar?!

– Yəni siz Daxili İşlər Nazirliyini məhkəməyə verməmisiniz?

– Yox! Zəng edin məhkəmələrə, Bakı şəhərində 12 məhkəmə var. Ağır Cinayətlər, Ali Məhkəmə və digərləri… Sorğu verin ki, mən kimisə məhkəməyə vermişəmmi?! Belə bir şey yoxdur.

– Yeni Azərbaycan Partiyasının sizin məhkəmə məsələnizlə bağlı toplandığı deyilir. Daha doğrusu, DİN-i məhkəməyə verməyinizlə əlaqədar olaraq YAP İdarə Heyəti bir araya gəlibmi?

– Yalan söhbətdir. Görürsənmi başıma nə oyun açırlar…

– Bəs siz indi haradasınız?

– Mən indi YAP-ın konfransındayam. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə birgə təşkil olunan videokonfransa qatılmışam. Siz zəng elədiniz, onu söndürdüm. Mən YAP-ın İdarə Heyətinin, Siyasi Şurasının üzvüyəm. Bir daha deyirəm, hazırda AKP ilə konfransdayam. Necə ola bilər ki, mənimlə bağlı YAP-da toplantı keçirilsin…

– Bəs 400 min manatlıq təzminat məsələsi nədir? Niyə 400 min manat?

– Yalan söhbətdir. Mənim maddiyyatla işim yoxdur. Ömür boyu pulum olmayıb. Bu gün də cibim boşdur. Həmişə boş olub.

– Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra YAP-da sizə qarşı münasibət necədir?

– YAP mənim doğma partiyamdır. YAP mənim övladımdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR