İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: "Kimin nə vaxtsa hansısa xidməti göstərməsi ona YAP-ın yüz minlərlə üzvünü təhqir etmək imtiyazını vermir"

1805 30.03.2019 20:13 Ölkə A A

"Müasir cəmiyyətdə siyasi partiyaların ictimaiyyətin müxtəlif sosial sinif və maraq dairələrini, vahid ideya və fəaliyyət istiqamətində səfərbəredici, yönləndirici rolu hər kəs tərəfindən bilinən, aydın şəkildə dərk olunan obyektiv gərçəklikdir. Bu baxımdan, hər bir siyasi partiyanın özünəməxsus yaranma şərtləri, tarixi şəraiti və bütün bunlardan qaynaqlanan sosial sifarişin müəyyənləşdirdiyi ideoloji hədəfləri, deməli həm də strateji məqsədlərə yönələn missiyası olur".

"Report" xəbər verir ki, bunu Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov "YAP Ulu Öndər tərəfindən əsası qoyulan şərəfli yol ilə gedir" adlı məqaləsində bildirib.

O vurğulayıb ki, bu kriteriyalardan yanaşaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının da bir missiya partiyası olduğu aydınlaşır: "O missiya müharibə burulğanında çabalayan ölkəni sülhə, ictimai-siyasi sabitliyə qovuşdurmaq, yeni siyasi sistem formalaşdırmaq, onun ideoloji, hüquqi və iqtisadi təməllərini yaradaraq, inkişafın keyfiyyətcə yeni mərhələsinə çıxarmaqdan ibarət idi. Azərbaycançılıq ideologiyasını cəmiyyətə mənimsətmək, “Əsrin müqaviləsi”ni imzalamaq (1994) və müstəqil Azərbaycanın ilk Konstitusiyasını (1995) qəbul etməklə YAP-ın tarixi missiyasının ilk mərhələsi uğurla yerinə yetirilmiş oldu.

1992-ci ildə YAP-ın bünövrəsini qoymaqla, Ulu Öndər nəinki müstəqil dövlətin ideoloji əsaslarını yaratdı, eyni zamanda sosiuma hələ uzun illər xalqımızın dövlətçilik ənənələrinə uğurla xidmət edəcək azərbaycançılıq kimi bir dəyər qazandırdı. İrqindən, dinindən, millətindən asılı olamayaraq, hər bir Azərbaycan vətəndaşını dövlətimiz və vətənimiz naminə səfərbər edən bu ideologiya sadəcə ölkə daxilində deyil, dünyaya səpələnmiş bütün azərbaycanlılar üçün istinad mənbəyinə, xidmət stimuluna çevrildi. Bu uzaqgörən ideoloji prinsip təsadüfi deyil ki, daha sonra bütün dünyada tolerantlıq və multikulturalizm mərkəzi kimi tanınacaq ölkəmiz üçün əsas ideya leytmotivi oldu. Azərbaycançılıqla yanaşı, müstəqil dövlətçilik, qanunçuluq,varislik və yaradıcı təkamül, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, habelə sosial ədalət prinsipləri üzvi vəhdət halında, bu gün də demokratik, dünyəvi dövlət qurmaq istiqamətində əsas oriyentirlər kimi çıxış edir.

YAP-ın keçdiyi tarixi yol keşməkeşli, lakin şərəflə arxada qoyduğu proseslər barədə çox yazılıb, kifayət qədər deyilib. Lakin, bəzi məqamlar var ki, tarixi həqiqətlər və obyektivlik naminə, onların üzərində bir daha durmaq zəruridir. Çünki partiya yarandığı dövrdən,dövlətçiliyə deyil, iqtidara qarşı müxalif mövqe tutaraq, ləyaqətli müxalifətçilik etməsinə baxmayaraq, o vaxtki hakimiyyət tərəfindən çox böyük təzyiqlərə məruz qaldı və bu gün demokrat kimi görsənməyə çalışanların əsl siması məhz o zaman üzə çıxdı. Belə ki, 1992-ci ilin oktyabrında “91- lərin” Heydər Əliyevə müraciəti yayıldıqdan sonra, AXC – Musavat cütlüyü Naxçıvanda çevriliş etmək fikrinə düşdü. Öz potensiallarını işğal altındakı Dağlıq Qarabağın azad olunmasına sərf etmək yerinə, onlar hətta, Naxçıvana quru yolla daxil olmaq üçün, Türkiyədəki bəzi dairələr ilə danışıqlar aparırdılar. Bütün bu uğursuz cəhdlərin əks - təsir göstərdiyini və YAP-a olan ümumxalq inamının daha da gücləndiyini görən o zamanın baş naziri Pənah Hüseyn diğər siyasi qurumları deyil, məhz YAP-ı ana müxalifət elan etmək məcburiyyətində qaldı.

Partiya hakimiyyətə gəldikdən sonra da, müəyyən dairələr ondan öz mənafeyi üçün istifadə etməyə cəhdlər göstərdi. Çünki, məlum həqiqətdir ki, bir siyasi qurum hakimiyyətdə olan zaman həm müxtəlif maraq daşıyıcıları, bəzi hallarda isə karyeristlər üçün də cəlbedici olur. Onlar partiyanın imkan və təsir gücündən faydalanmaq, daha sonra isə onu bölmək və ya onun bazası əsasında özünə partiya yaratmaq fikrinə düşdülər. Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev, 2001-ci ildən sonra isə Əli İnsanov və digərləri bu tip uğursuz cəhdlər göstərdilər. Lakin, tarix sübut etdi ki, bütün bu cəhdlər əbəsdir və yel qayadan heç nə aparmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR