İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov CANLIda - prezident seçkilərindəki SÜRPRİZ namizədlər, sülh sazişi və YAP-da NƏLƏR BAŞ VERİR?

536 27.12.2023 11:16 Siyasət A A

Seçkiyə 40 gün qaldı – namizədlər imzanı necə yığır? Seçki gününə cəmi 40 gün qalır. Namizədliyini irəli sürənlərin sayı artıq 20-ni keçib. Ancaq indiyədək yalnız YAP-ın namizədinin qeydə alınması üçün tələb olunan 40 min imzanı toplayaraq, MSK-ya təqdim edib.

Yeni Azərbaycan Partiyasından bildirilib ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində YAP-çı deputat Siyavuş Novruzovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR