“Büdcəyə dəyişikliklərdə Naxçıvan Muxtar Respublikasına cəmi 1,3 milyon vəsaitin artırılması nəzərdə tutulub. Naxçıvan muxtar dövlətdir. Odur ki, bu vəsait kifayət deyil”.
Bu fikirləri Milli Məclisin plenar iclasda komitə sədri Siyavuş Novruzov söylədi. O hökumət üzvlərinə üz tutaraq dedi ki, Naxçıvanın bir tərəfi Ermənistanla sərhəddir: “Bu gün Ermənistanın ən böyük qorxusu Naxçıvan əlahiddə ordusudur. Mən Operativ Qərargaha təşəkkür edirəm, Naxçıvana reysləri artırıb, həftədə 6 reys yerinə yetirilib, amma daha da artırılmalıdır, gedib-gəlmək istəyənlər çoxdur”.
S.Novruzov bir daha ayrılan vəsait məsələsinə qayıtdı: “1,3 milyonla Naxçıvan pandemiyaya qarşı mübarizə aparsın, sərhədlərini qorusun, ya ermənilərə qarşı müqbarizə aparsın? Biz Naxçıvanı qorumalıyıq. Bunun üçün də istər əhalinin sosial təminatı, istərsə də ordumuzun təchizatı üçün dəstək verməliyik. Bu gün Türkiyə ilə birgə hərbi təlimlər keçirilir. 1,3 milyonu hara sərf etmək mükündür? Bu məbləğ təkcə son Tovuz və Sədərək istiqamətində gedən döyüşlərdə istifadə olunan bir neçə raketin qiymətidir. İranla, Türkiyə ilə yol bağlıdır. Əvvəllər heç olmasa məhsulunu bu ölkələr vasitəsilə bazara çıxarırdı. Ona görə də vəziyyət nəzərə alınmalıdır və ora ayrılan dotasiyanın miqdarı artırılmalıdır”.
E.Paşasoy,
Musavat.com






