İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi partiyalar mərkəzindən prezidentin “Rossiya 24” telekanalına müsahibəsinə reaksiya

1467 04.12.2014 00:05 Siyasət A A


Dekabrın 3-də Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiyaların KAXCP,  Müsavat, ADP, , Azadlıq, VİP, Aydınlar, ALDP, AXP, Azad Demokrat partiyalarının  sədrlərinin iştirakı ilə  toplantısı olub.  Bu barədə müsavat.com-a toplantı iştirakçıları məlumat verib. Məlumatda bildirilir ki, toplantıda partiya sədrləri Rusiyanın imperiyapərəst qüvvələrinin ruporu kimi çıxış edən “Rossiya 24” televiziya kanalına müsahibəsində Azərbaycan prezidenti  İlham Əliyevin  90-cı illərin əvvəlində ölkədə yerli olmayan əhaliyə münasibətdə dözülməz şəraitin olduğu, onların   sıxışdırılması,  dövləti cinayətlərə yol verildiyi kimi həqiqətə uyğun olmayan və Azərbaycanın dövlət və milli maraqlarına zidd olan, Azərbaycana qarşı  olan qüvvələrin yararlanacağı  fikirlər səsləndirməsinini qəbuledilməz hesab etdiklərini bildiriblər: “Azərbaycan tarixində hansı rejimin, siyasi qüvvənin və liderin hakimiyyətdə olmasından asılı olmayaraq milli dözümsüzlük və milli mənsubiyyətə görə  sıxışdırılma hallarının yayılmadığı  tarixi faktdır. Odur ki, hər hansı, o cümlədən daxili siyasi məqsədlərlə  siyasi opponenetlərinə qarşı bu cür ittihamlardan istifadə edilməsinə yol verilməməlidir”.

Toplantıda ALDP sədri Fuad Əliyevin  ABŞ-da keçirdiyi  görüş barədə məlumat da dinlənilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR