İnsanlara hürriyət, millətlərə istiqlal!

"Siyasi partiyalar haqqında” qanunun pozulmasına görə məsuliyyət növləri müəyyənləşəcək

296 11.01.2023 15:20 Siyasət A A

"Siyasi partiyalar haqqında” qanunun pozulmasına görə məsuliyyət növləri müəyyən ediləcək.

Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmanla Nazirlər Kabinetinə "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR