İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasətin iki əjdahası TV Musavatda! Sabiq baş nazir Pənah Hüseyn və deputat Fazil Mustafa CANLI yayında gündəmi dəyərləndirir! 

1487 03.02.2023 11:16 Gündəm A A

İran Azərbaycanın Xoy zəlzələsindən zərər görənlərə yardım təklifini rədd edib. Bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu qeyd edib. “İranda zəlzələ nəticəsində evləri dağlan və soyuqda açıq havada gecələyən və ərzaq qıtlığı ilə üzləşən soydaşlarımıza necə kömək edə bilərik? Bu sual çoxlarımızı narahat edir. Azərbaycanın İranla münasibləti gərgindir, terror hücumu nəticəsində Tehrandakı səfirliyimiz fəaliyyətini dayandırıb. Buna baxmayaraq, soydaşlarımıza kömək üçün İran hakimiyyətinə müraciət oluna bilər. Belə bir müraciət olunub, Tehran yardım təklifimizi rədd edib. Başqa alternativ yardımlarımızı Türkiyə üzərindən İrandakı soydaşlarımıza çatdırmaq olardı. Ancaq Tehran Türkiyənin də yardım təklifindən imtina edib. Nə özləri vətəndaşlarına kömək edir, nə də bizə imkan verirlər ki, yardım çatdıraq”, - o bildirib.

Politoloq təklif edib ki, Araz çayının şimal sahilində müvəqqəti çadır şəhərciyi quraraq zəlzələ qurbanı olan soydaşlarımıza sahib çıxa bilərik:

“Ancaq bunun reallaşması üçün sərhədi müvəqqəti açmalı və zəlzələdən zərər çəkən soydaşlarımızı ölkəmizə dəvət etməliyik. İran buna da mane olarsa, Tehranın vətəndaşlarını ölümə məhkum etdiyi aydınlaşacaq”.

İran Azərbaycana qarşı ritorikanı niyə qəsdən sərtləşdirir? Aradan keçən 1 həftə ərzində vəziyyəti yumşaltmaq, münasibətləri düzəltmək üçün niyə hansısa addımlar atılmır? Bundan başqa, zəlzələdən əziyyət çəkən azərbaycanlılara qəsdən yardım etməmək, Azərbaycanın da bu yardımı etməsinə imkan verməmək nədən xəbər verir?

Bu və gündəmdəki bir çox sualların cavabını bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində tapa bilərsiz. Verilişimizin qonaqları millət vəkili Fazil Mustafa ilə AXP sədri Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR