İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli iqtidar-müxalifət görüşündə iştirak etməyib

993 12.02.2015 15:30 Siyasət A A
"Bəzi saytlarda yanlış informasiya gedib, Vəhdət Partiyasının sədri Tahir Kərimli bu gün iqtidar-müxalifət görüşündə iştirak etməyib". Bu  barədə Musavat.com saytına Vəhdət Partiyasının nəzarət-təftiş komissiyasının sədri Etibar Səmədov məlumat verib.

E.Səmədov bildirib ki, Vəhdət səri Tahir Kərimli dekabr ayının 13-də baş tutan analoji görüşdə iştirak etsə də, fevral ayının 12-də keçirilən görüşə qatılmayıb: "Bunun da səbəbi odur ki, Tahir Kərimliyə dəvət göndərilməmişdi".

İqtidar-müxalifət görüşünün birinci raundunda iştirak edən partiya sədrinin ikinci görüşə nəyə görə dəvət olunmamasına gəlincə, E.Səmədov deyib ki, bu barədə məlumatları yoxdur: "Bunu təşkilatçı, dəvət edən tərəf deyə bilər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR