İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Dövlət Duması: “Dağlıq Qarabağın tanınması müharibəyə səbəb olacaq”

10436 05.05.2016 15:03 Siyasət A A
“İrəvanın mövqeyi həmişə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına meylli olub. Bu isə anladığımız kimi, Azərbaycan tərəfinin mövqeyinə ziddir və tərəfləri nizamlamaya yaxınlaşdırmır”. 

Musavat.com-un məlumatına görə, bu barədə RBK nəşrinə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri LeonidSlutski Ermənistan deputatlarının qondarma qurumu tanımaqla bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.

“Bu qanun layihəsi rəsmi Bakının kəskin reaksiyasına səbəb ola bilər vəonun qəbulu təmas xəttində zorakılığın eskalasiyasına gətirər ki, bu da yolverilməzdir” – komitə sədri qeyd edib.

Yada salaq ki, az öncə rəsmi Kreml münaqişə tərəflərini “kifayət qədər kövrək olan atəşkəsi pozacaq və gərginliyi artıracaq” addımlardan çəkinməyə çağırmışdı. Bu haqda açıqlama verən Rusiya prezidentinin mətbuat katibi DmitriPeskov onu da bildirmişdi ki, İrəvan Dağlıq Qarabağın tanınması barədə qanunla bağlı Moskva ilə müzakirəaparmayıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR