İnsanlara hürriyət, millətlərə istiqlal!

“RƏHİM QAZIYEVİ HƏBS EDƏ BİLMƏDİYİMDƏN TƏƏSSÜFLƏNİRƏM”

R.Qazıyev İ.Şirini mövqesiz adam adlandırır və qeyd edir ki, onun baş prokuror gətirilməsinin necə baş verdiyinin şahidi olub: “Təxminən iyul ayı idi. Təhlükəsizlik Şurasının iclasında baş nazir Rəhim Hüseynov, yanında mən, o dövrün baş prokuroru Murad Babayev, ondan sonra həmin vaxt hüquq işləri üzrə müşavir işləyən İxtiyar Şirinov və Ali Sovetin sədri İsa Qəmbər oturmuşdular. Təbii ki, başda Əbülfəz Elçibəy əyləşmişdi. Birdən İsa Qəmbər sözə başladı ki, hörmətli Murad müəllim, biz sizin xətrinizi çox istəyirik, amma siz bizim komandadan deyilsiniz. Yaxşı olardı ki, ərizə verib istefaya gedəsiniz. Murad Babayev də şəxsiyyətli adam idi, uşaq-muşaq deyildi. Heç bir etiraz-filan etmədi. Sonra İsa Qəmbər dedi ki, bu vəzifəyə İxtiyar Şirinovu təklif edirik. Mən dözmədim etiraz etdim. Çünki İxtiyarı tanıyırdım. O, Ayaz Mütəllibov dönəmində, parlamentdə Ayazı müdafiə edən adam idi. Yəni bu adamın öz mövqeyi heç zaman olmayıb. Sakitləşib bir müddət oturandan sonra çıxıb Heydər Əliyev hakimiyyətini tərifləməyə başladı”.
Sabiq nazir İ.Şirin satqın adlandırır və bildirir ki, belə bir adamın baş prokuror qoyulması Elçibəy hakimiyyətinin səhvlərindən olub: “O yatanda yuxuda görə bilmədiyi vəzifəni gördü, sonra bir şapalaq dəyməmiş ali baş komandanının həbsinə sanksiyaya imza atdı. Onun satqın olduğunu yaxşı bilirdim. Ona görə həbsdə bir dəfə mənim olduğum yerə gətiriləndə də etiraz etmişdim”.
R.Qazıyevin bu açıqlamalarına İxtiyar Şirin cavab verdi. “Yeni Müsavat”a açıqlamasında İ.Şirin R.Qazıyevin onu mövqesiz adlandırmasını qərəz saydı: “Rəhim Qazıyev mənim Ayaz Mütəllibovu müdafiə etdiyimi sübuta yetirə bilsə, mən ondan üzr istəməyə hazıram. Sübuta yetirə bilməsə, o məndən üzr istəsin. İnsan bir fikir söyləyəndə fakta əsaslanmalıdır”.
İ.Şirin baş prokuror təyin olunması haqda sabiq nazirin dediklərinin də doğru olmadığını vurğuladı: “Rəhim Qaziyevin mənim baş prokuror olmağımın Təhlükəsizlik Şurasında müzakirə edildiyini deməsi yalandır. Belə bir şey olmayıb. Mənim baş prokuror olmağım təşəbbüsünü İsa Qəmbər yox, Əbülfəz Elçibəy qaldırıb və təkidlə məni həmin vəzifəyə təyin edib. Bunu İsa bəy də, Pənah bəy də bilir. Mən müşavir vəzifəsində qalmaq istəyirdim, baş prokuror vəzifəsini qətiyyən istəmirdim. Razılaşmırdım. Uzun müddətli təkiddən sonra razılaşmağa məcbur oldum. Bizim hakimiyyətdə ən yuxarı səviyyələrdə təmsil olunanlardan soruşsanız mənim hansı şəraitdə, nədən baş prokuror olduğunu deyərlər. Elə şərait yarandı ki, təklifi qəbul eləməyə məcbur oldum. Baş prokuror vəzifəsinə getməyə razılıq verdiyim üçün bu gün də təəssüf hissi keçirirəm”.
R.Qazıyevin onu satqın adlandırması isə İ.Şirini qəzəbləndirib: “İnsan gərək öncə öz keçmişinə nəzər yetirsin. Ali Məhkəmənin vətənə xəyanətlə bağlı məlum hökmləri mənim haqqımda deyil. Vətənə xəyanət kimi ən ağır cinayət mənim boynumda deyil. Rəhim Qazıyevin üzərində olduğunu isə onun özündən soruşun. Xalqa əslində məlumdur. Ona görə də Rəhim Qazıyevin başqaları haqda boş-boş danışması mənasızdır. Çünki onun özü də artıq mənasız bir adama çevrilib”.
Keçmiş baş prokuror ona da təəssüf edir ki, 1993-cü ildə Rəhim Qazıyevi həbs edə bilməyib: “Şuşanın işğalı ilə bağlı cinayət işi başlanmışdı. Rəhim Qazıyevin həbsinə razılıq verilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərmişdik. Onu yüz faiz həbs edəcəkdik. 4 iyun Gəncə hadisələri, hakimiyyət dəyişikliyi Şuşanın işğalı ilə bağlı başlanan cinayət işinin başa çatmasına və Rəhim Qazıyevi həbs etməyimizə imkan vermədi”.
Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR