İnsanlara hürriyət, millətlərə istiqlal!

KXCP-nin MƏRKƏZİ SEÇKİ QƏRARGAHI YARADILDI

947 31.01.2012 09:16 Siyasət A A
Sonra KXCP Ali Məclisinin “İnsan haqları və demokratiya” komissiyasının tam tərkibinin formalaşdırılması Ali Məclis rəhbərliyinə tapşırılıb. Həmçinin sosial iqtisadi siyasət komissiyası yaradılması və Şahin Vəliyevin komissiyanın sədri seçilməsi qərarı verilib.
Sessiya KXCP Mərkəzi Seçki Qərargahının 9 nəfərdən ibarət tərkibini seçib. Qərargaha sədrliyi KXCP sədrinin seçki məsələləri üzrə müavini Ədalət Yusub edəcək.
Sessiyanın sonunda Ali Məclis ölkədəki ictimai- siyasi vəziyyət, hökumətin yürütdüyü siyasətlə bağlı bəyanat qəbul edib. Bəyanatda Fransa Senatının qondarma “erməni soyqırımı”nı tanımayanlara cəza tətbiq edilməsi haqqında qəbul etdiyi qanunla bağlı Azərbaycan hökumətinin zəif mövqe ortaya qoyması pislənilir. Sənəddə son günlər havaların kəskin soyuması, yağan yağış və qarın Bakı da daxil olmaqla, bütün ölkəni iflic vəziyyətə salması, hökumətin təsirli tədbirlər görməməsi onun yarıtmaz, xalqa zidd siyasəti ilə izah olunur. Ölkədə insan haqlarının ağır vəziyyətdə olması, siyasi məhbusların hələ də azadlığa buraxılmaması, mülkiyyət hüquqlarının kobud şəkildə tapdanması, mediaya hücumların səngiməməsi qeyd olunaraq vəziyyətin normallaşması üçün hökumətin konkret addımlar atması tələb olunur.
Bəyanatda İctimai Televiziyadan müstəqil, müxalif fikirlərə efir vaxtı ayrılması tələbi də əksini tapıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR