İnsanlara hürriyət, millətlərə istiqlal!

“İXTİYAR ŞİRİN ELÇİBƏYİ 50 ADAMIN QƏTLİNDƏ SUÇLAYIB”

4381 15.04.2010 08:52 Siyasət A A

R.Qazıyev dünən bizimlə söhbətində bildirdi ki, əslində İ.Şirin qəzetə söylədiyi fikirlərlə özünü bir daha rüsvay edib: “Bu adam ölkənin baş prokuroru olaraq prezidentin həbsi üçün imzaladığı orderi adi kağız adlandırır, hətta bildirir ki, həmin kağızı oxumadan imzalayıb. Belə bir qeyri-ciddi insandan normal nə isə gözləmək olar? Əvvəla, İxtiyar Şirin xalqı aldadır. Çünki kağız parçası adlandırdığı həmin sənəd 5 iyun 1993-cü ildə baş prokuror İxtiyar Şirinov tərəfindən imzalanmış həbs orderidir. Həmin orderdə Azərbaycan Respublikasının prezidenti Əliyev Əbülfəz Qədirqulu oğlu barədə Cinayət Məcəlləsinin 3 ağır maddəsi ilə cinayət işi açılması və onun həbsinin Daxili İşlər Nazirliyinə tapşırılması açıq şəkildə yazılıb. Əbülfəz Elçibəyin 50-yə yaxın adamın qətlə yetirilməsində günahkar olduğu və əvvəllər də məhkumluğunun olduğu orderdə yazılıb. Və bu orderin yuxarısında da, sonunda da İxtiyar Şirinin imzası var. İkincisi, o, hətta imzaladığı kağızda nə yazıldığını oxumayıbsa, bu, daha böyük biabırçılıqdır və həmin adamın baş prokuror, hüquqşünas kimi hansı səriştənin sahibi olduğunu göstərir”.
İxtiyar ŞirinR.Qazıyev İ.Şirinin girovluqda olan dövlət adamlarının öldürülməməsinin qarşılığında sözügedən sənədə imza atdığını bildirməsinin də yalan olduğunu vurğuladı: “Həmin dövlət adamları sırasında milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər, daxili işlər nazirinin müavini Qabil Məmmədov və digər bir neçə nəfər var idi. İxtiyar Şirin qəsdən özünün xilaskar obrazını yaratmaq istəyir. Ancaq keçməz. Heç kimin öldürülməsi söhbəti olmayıb. Əksinə, həmin dövlət adamlarının, o cümlədən İxtiyar Şirinin qarşısına 15 illik Xanlar konyakı, kabab qoyulub. Yaxşı olar ki, İxtiyar nə üçün dövlət adamlarından ayrı saxlandığının sirrini açıqlasın... İxtiyar Şirin özünün nifrətə layiq əməlini gizlədərək mənim haqqımda başımı aşağı edən bircə faktı da ortaya qoya bilmir və qoya da bilməz. Ona görə Rəhim Qazıyevin Elçibəyin həbsi ilə bağlı sanksiyanın əslini haradan aldığı məsələsini ortaya atır. Əşşi, bunun məsələyə nə dəxli var?! Lap tutaq ki, mən həmin sənədi tapmışam, oğurlamışam. Bu ki, İxtiyar Şirinin prezidentinə xəyanəti faktını dəyişmir. İxtiyar Şirinin Elçibəyə xəyanətini təsdiq edən həmin sənədi məhkəmədə ortaya qoyub onu kimdən aldığımı da açıqlayacağam”.
Bu deyilənlərlə bağlı İxtiyar Şirinin qeydləri varsa, onları da dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR