İnsanlara hürriyət, millətlərə istiqlal!

Batumidə keçirilən beynəlxalq forumda skandal

2618 21.11.2014 08:50 Siyasət A A

Baş redaktorun sözlərinə görə, Çexiyanın "People in Need" təşkilatı foyedəki stendə Azərbaycana dair tənqidi plakatlar asıb. Orada insan haqlarına dair fotostend, Azərbaycandakı polis zorakılığı öz əksini tapıb. Plakatlardan birində isə Azərbaycan prezidenti təhqir edilib. Azərbaycandan gedən nümayəndə heyəti ölkələrinin təklənməsinə etiraz olaraq foruma qatılmaqdan imtina edib. Onlar bildiriblər ki, insan haqlarının pozulmasına dair hallar, başqa ölkələrdə, məsələn, Belarusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir?İştirakçılardan biri -  Səlim Babayev isə üzərində Azərbaycan prezidentinin fotosu olan plakatı qopararaq, “müsadirə” edib. Ara qarışıb, çexlər polisə müraciət ediblər. 
Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov müsavat.com-a bildirib ki, forumun proqramında belə bir aksiya nəzərdə tutulmayıb və sərginin təşkil edilməsi İdarə Heyəti tərəfindən təsdiq edilməyib.
 
O da bəlli olub ki, Bu təşkilat Avtopada ermənipərəst kimi tanınır. Təşkilat Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışıb. Forumdan əvvəl bu cəhdin qarşısı alınıb. Lakin bu hərəkət heç bir ölçüyə sığmadığı üçün nümayəndə heyəti forumu boykot edir.

R.Arifoğlu musavat.com -a deyib ki, Azərbaycanın 25 nəfərlik nümayəndə  heyətindən forumda cəmi 6 nəfər iştirak edib: “Mən onların da mövqelərini öyrəndim. Leyla Əliyeva dedi ki, bu, adi demokratiya hadisəsidir, bu qədər böyütməyə gərək yoxdur. O. Foruma qatılmayanlar isə Prezident Administrasiyasından idarə olunan, iqtidarın "şpionları" adlandırdı. Lakin mənim müşahidəm göstərir ki, qatılmayanların içərisində müstəqil və müxalifyönümlülər də var. Sadəcə, onlar ölkələrinin imicləri ilə bu cür rəftara və ayrı-seçkiliyə etiraz edirlər. Onlar deyirlər ki, heç olmasa, ikinci başqa bir ölkəni, lap elə Belarusu da bu cür tənqid etsəydilər, heç bir iradları olmazdı. Baykotçular Çexlərə və onlara dəstək verənlərə müraciət də etdilər ki, gəlin birgə başqa ölkələri də hazırlayaq və Azərbaycan da qalsın. Lakin onlar razılaşmadılar. Forumda iştirak edən nümayəndə heyəti üzvləri isə bu hadisəyə görə qatılmayanları qınayıb. Onların adından danışan Leyla Əliyeva deyib ki,  boykotçular Azərbaycanın imicinə daha ciddi zərbə vurdular. "Onlar hamısı axmaqdırlar, başa düşmürlər ", deyə Leyla Əliyeva yekun vurub”.  Azərbaycan nümayəndə heyətinin üzvləri bu hadisə ilə bağlı  bir neçə televiziyaya müsahibə veriblər.

Forumun işinə qatılan və əsas məruzəçi olan Şəhla İsmayıl isə musavat.com-a deyib ki, onun baş verən skandaldan xəbəri olmayıb: "Mən əsas məruzəçilərdən biri idim. Ona görə zala tez keçmişdim və çıxışa hazırlaşırdım. Rəyasət heyətində oturduğum üçün məlumat da ala bilmirdim. Amma zaldakı gərginliyi, girib-çıxmaları görürdüm. Nə baş verdiyini isə əsas toplantı bitəndən sonra öyrəndim". Bunu Şəhla İsmayıl musavat.com-a deyib.


Ermənilər skandalı yaxından izləyiblər və çəkiblər. 

Panellərdə müxtəlifyönlü məsələlər müzakirə olunub. Onların arasında Ukrayna və Azərbaycandakı son gəlişmələr də yer alıb. 



Batum skandalının drijoru Boris Novosardyan


Ermənilər məmnundur

R.Arifoğlu forumda Gürcüstan prezidentinin və baş nazirinin iştirak etməməsinə də diqqət çəkib. Onun öyrəndiyinə görə, məhz foyedə baş verən bu skandala və nümayəndə heyətlərinin çəkişmələrinə görə Gürcüstan prezidenti və rəsmilər foruma qatılmayıblar. Çünki cexlər polisə şikayət ediblər ki, azərbaycanlılar onları vurub (Səlim Babayevdən bu mövzuda şikayət olunub).    

Baş yazarımız deyir ki, bütün qalmaqalı Ermənistan Pen Klubun prezidenti, forumdakı erməni nümayəndə heyətinin koordinatoru Boris Novosardyan idarə edib. 

Forumun günün birinci yarısında olan hissəsində əsas məruzəçilərdən biri Qadınların Rasional İnkişafı Assosiasiyasının rəhbəri Şəhla İsmayıl olub. O, Azərbaycan cəmiyyətində dialoq defisiti barədə danışıb və qeyd edib ki, həm vətəndaş cəmiyyəti, həm də siyasi düşərgələr dialoq ehtiyacı yaşayır.

Qeyd edək ki, forumun azərbaycanlı həmsədri iqtisadçı alim Vüqar Bayramovdur. Dünən həm də onun sədrliyinin səlahiyyət müddəti bitib. Keçirilən seçki nəticəsində foruma yeni həmsədrlər, o cümlədən milli heyətlərə koordinatorlar seçilib. Azərbaycan heyətinin koordinatoru Sabit Bağırov olub. 

















SEVİNC

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR