İnsanlara hürriyət, millətlərə istiqlal!

“SEÇKİLƏRDƏ AZI 100 DAİRƏDƏN NAMİZƏD VERMƏLİYİK”

1119 08.03.2010 09:30 Siyasət A A

Qarşıdan gələn parlament seçkilərində Ümid Partiyasının iştirak edəcəyini və partiya tərəfindən namizədliyi irəli sürülənlərin əksəriyyətinin qələbəsinə əmin olduğunu bildirən İqbal Ağazadə, bu seçkilərin ölkənin gənc təşkilatlarından olan Ümid Partiyası üçün ciddi əhəmiyyət daşıdığını da xüsusi olaraq vurğulayıb: “Bu seçkilərdə bizim qazanacağımız hər bir səsin əhəmiyyəti var. Çünki məhz bu səslər Ümid Partiyasının cəmiyyətdəki, siyasi arenadakı mövqeyinin müəyyənləşməsinə xidmət edir”.
Partiyanın seçkilərdə iştirak formasına gəlincə, hələlik bu istiqamətdə müzakirələrin aparıldığını söyləyən İqbal Ağazadə onu da bəyan edib ki, onlar bu dəfə də müxalifət düşərgəsinin vahid blok şəklində seçkilərə qatılmasının tərəfdarıdır: “Doğrudur, bu gün müxalifətin seçkilərdə blok şəklində iştirakı çətin görünür. Çünki mətbuatdan da aparılan danışıqların heç də ürəkaçan nöqtədə olmadığını bilirsiniz. Amma unutmaq lazım deyil ki, müxalifətin parçalanması, seçkilərdə birgə iştirak qərarı verə bilməməsi kiminsə yox, yalnız və yalnız hakimiyyətin maraqlarına uyğundur”.
İqbal Ağazadəİqbal Ağazadə Ali Məclis üzvlərini istənilən halda parlament seçkilərinə ciddi şəkildə hazırlaşmağa da çağırdı: «Hakimiyyətin təsir imkanları böyükdür. Ola bilsin ki, bizim birliyimizi hansısa nöqtədə əngəlləsinlər. Lakin vəziyyətin belə bir şəkil alması da Ümid Partiyasını seçkidə iştirak qərarından daşındıra bilməz və biz ən azından 100 dairədə namizədləri irəli sürməklə seçkilərdə iştirak etməliyik».
Daha sonra Ali Məclis iştirakçıları təşkilati məsələlərin müzakirəsini aparıblar. Ali Məclis üzləri bir neçə müddət öncə İqbal Ağazadə tərəfindən partiya sədrinin ümumi məsələlər üzrə müavini postuna təyin olunmuş tanınmış döyüşçü Arif Paşanın müavin kimi təsdiq olunmasına səs verdilər. Onu həmçinin Ali Məclis üzvü kimi də təsdiq etdilər.
Son bələdiyyə seçkilərində neqativ fəaliyyətləri səbəbindən partiyanın İmişli və Ucar rayon təşkilatları ilə bağlı da Ali Məclis üzvləri müzakirə apardılar. Əksəriyyətin lehinə olması şərtilə Ümid Partiyası İmişli rayon təşkilatının strukturları buraxıldı, təşkilatın keçmiş sədri Hüseynov Babək partiya sıralarından xaric edildi. Ucar rayon təşkilat komitəsinin isə yenidən formalaşdırılmasına qərar verildi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR