İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkətləri iflas edən qardaşlar bir-birinə silahlı hücum edib: Ölən və yaralanan var

1432 08.06.2020 17:44 Dünya A A

Türkiyədə şirkətləri iflas edən qardaşlar bir-birinə silahlı hücum edib.

Hadisə İstanbulun Arnavutköy rayonunda baş verib.

Birlikdə işlətdikləri inşaat şirkəti iflas edən Rıfat, Salman, Eren və Mahir Cahangir qardaşları bununla bağlı söhbət etmək üçün bir araya gəliblər.

Onların arasında mühasibat məsələləri ilə bağlı mübahisə yaranıb.

Bu zaman Mahir Cahangir Rıfat Cahangiri bıçaqlayaraq öldürüb. Salman Cahangir də Mahir Cahangiri tapança ilə vuraraq yaralayıb. Bundan sonra S.Cahangir E.Cahangirlə birgə yaralı qardaşını xəstəxanaya aparıb.

S.Cahangir polis nəzarətinə götürülüb.

Faktla bağlı araşdırmalara başlanıb.
(oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR