“Bəşəriyyətin hər 4 kişisindən və 20 qadınından biri siqaret çəkir. Hər il dünyada 5,4 milyon insan tütün istehlakı nəticəsində dünyasını dəyişir. Hesablamalar bu rəqəmin 10 milyon nəfərə çatacağını deməyə əsas verir”. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Milli Məclisin müzakirəsinə çıxarılan “Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi haqqında məruzə edərkən bildirdi.
Komitə sədri bildirdi ki, Azərbaycanda da vəziyyət ürəkaçan deeyil: “Hesablamalara görə, 20-44 yaş kişilərin 30 faizi, 45-64 yaşlıların isə 51 faizi siqaret çəkir. Orta hesablamalara görə, onlar hər gün 16 siqaret çəkir. Artıq qadınlar arasında göstərici 1 faizə çatıb. Araşdırmalara görə, kişilərin 64,7 fazii, qadınların isə 52 fazii tütün tüstüsündən əziyyət çəkir. Özü də bu, ictimai yerlərdə baş verir. Üstəlik, şəxsi və dövlət büdcəsində milyonlarla manat ziyan dəyir. Bu, narkotikaya da alucədiçilk yaradır”.
Hazırda çoxdan müzakirəyə çıxarılması gözlənilən qanun layihəsi ətrafında müzakirələr gedir.
E.Paşasoy,
Musavat.com






