İnsanlara hürriyət, millətlərə istiqlal!

Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib

453 01.11.2017 11:12 Dünya A A

Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, o, 2021-ci ilədək hökumətə rəhbərik edəcək.

S.Abe İkinci Dünya Müharibəsindən sonra Yaponiya tarixində hakimiyyətdə ən uzun müddət qalan baş nazirdir. O, bu sahədə rekord vurub.

Qeyd edək ki, S.Abe 1954-cü il sentyabrın 21-də Yaponiyanın Naqato bölgəsində doğulub. O, ölkəsinin 90-cı baş naziri kimi 2006-2007-ci illərdə Yaoniya hökumətinə başçılıq edib. Bir ildən sonra istefa verib. 2012-ci il keçirilən seçkidə S.Abenin başçılıq etdiyi Liberal Demokrat Partiyası qalib gəlib. Həmin il dekabrın 26-da o, yenidən Yaponiyanın baş naziri seçilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR