Özünün ata-babasının da İgdırda ermənilər tərəfindən yandırıldığını deyən Oğan bu gün hakimiyyətin bacarıqsızlığı ucbatından ermənilərin Türkiyəni “soyqırımı” törətməkdə ittiham etdiyini qeyd edib.
Səsverməyə çıxarılacaq qondarma soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinə Azərbaycanın cavabsız qalması iddialarına da etiraz edib. “Azərbaycandan bu gecə qayıtmışam. Türkiyə mətbuatında yazılanıın əksinə, Azərbaycanda bu istiqamətdə bir çox təşəbbüslər olub. Azərbaycan Milli məclisi, qəzetlər, Qeyri hökumət təşkilatları Fransada müzakirə olunan qanun layihəsinə etiraz edib”.
Millət vəkili Azərbaycanın da, Türkiyə türklərinin də üzərlərinə düşən vəzifəni yerinə yetirdiklərini hakimiyyətin isə heç nə etmədiyini deyib.






