İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreyada 300 şüar hazırlanıb: ”Biz dünyanın ən xoşbəxt xalqıyıq”

2188 12.02.2015 21:37 Dünya A A
“BBC” radiosu bildirir ki, Şimali Koreyanın yaranmasının 70 illiyi münasibəti ilə 300 şüar hazırlayıb. Dünyadan təcrid olunmuş ölkənin yeni şüarlarında Şimali Koreya sosializmin pərisi kimi vəsf edilir. 

Sosializm dönəmində nağılların gerçəyə döndüyü ölkədə meyvə şəlalələrindən bəhs edilir. Yerli qadınların əzmkarlığı xüsusi həssaslıqla təriflənir. 

ABŞ və Cənubi Koreya isə Şimali Koreyanın yağı düşməni kimi lənətlənir. Şimali Koreyanın gənc lideri Kim Çen In isə ilahi varlıq kimi təbliğ olunur. 

Şüarların birində beləcə də deyilir: ”Tərəvəzin istixanalarda əkinini genişləndirmək lazımdır! Biz ölkəmizi elmi metodlarla göbələk yetişdirən diyara çevirməliyik! Göbələk istehsalını intensivləşdirməli və sənayeləşdirməliyik”. 

North Korean leader Kim Jong-Un inspects the newly-built Pyongyang City Mushroom Farm. 10 January 2015

“BBC” bildirir ki, Şimali Koreyada xalq ərzaqla bağlı ciddi problemlər yaşayır. 1996-cı ildə bu ölkədə 3 milyon insanın acından öldüyü bildirilir. 

Radio qeyd edir ki, bu kommunist ölkəsinin bəzi şüarlarında bəzi Qərb ifadələrinin işlənməsi də maraqla qarşılanıb. Ən önəmlisi isə Şimali Koreyanın yaradıcısı  Kim İr Sen, onun oğlu və xələfi Kim Çen İrin adlarına söykənən “Kimilsunqism-Kimjonqilism" fəlsəfi təlimləri ölkədə geniş tədris olunur. Təbliğatda əsas istifadə olunan məhz bu fəlsəfi cərəyandır. 

“BBC” qeyd edir ki, 300 şüar arasında ən yaddaqalanı isə belədir: ”Biz dünyanın ən xoşbəxt xalqıyıq”.

Elbəyi Həsənli 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR