İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya haqqında BİLMƏDİKLƏRİMİZ

2019 15.11.2023 04:03 Dünya A A

Rusiyalı səyyah Şimali Koreyadakı milyarderlərdən bəhs edib. 

Musavat.com xəbər verir ki, o, ölkədə oliqarxların olduğunu bildirib. 

Səyyah həmçinin bunun səbəblərini də aydınlaşdırıb.

Onun sözlərinə görə, KXDR-in sosialist ideologiyasına zidd olaraq ölkədə "tonçu" (“pul sahibləri”) adlandırılan oliqarxlar var. Bloqqer Şimali Koreyada zəngin iş adamlarının 1995-1999-cu illərdəki şiddətli aclıq fonunda meydana çıxdığını izah edib. 

O bildirib ki, həmin vaxt hakimiyyətin məhdudiyyətlərin cilovunu boşaltmaq, insanlara pul qazanmaq və ailələrini dolandırmaq yollarını tapmaq imkanı verməkdən başqa çarəsi qalmayıb. 

"Ən təşəbbüskar iş adamları müəssisələr qurdular, iş yerləri yaratdılar və Çindən ərzaq daşımağa başladılar. KXDR rəhbərliyi zənginlərin mövcudluğuna göz yumur ki, 1990-cı illərin hadisələri ölkədə təkrarlanmasın, çünki ölkə iqtisadiyyatının əsas hissəsi yüzlərlə Şimali Koreya "tonçu"ların üzərində dayanır”, - səyyah qeyd edib.  

 

Musavat.com 

photo_2023-11-14_23-34-39.jpg (248 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR