ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİNİN 25 YAŞI TAMAM OLDU
Türkiyədən də yüksək rütbəli rəsmilərin qatıldığı mərasimlər zamanı M.Ə.Tələt deyib ki, bu gün türklər adada öz dövlətlərini qurduqları üçün cəzalandırılır. O, Avropa Birliyinin Şimali Kiprə qarşı ticarət embarqolarının hələ də davam etməsini “ürəkləri sızıldadan addım” adlandırıb. Adanın türk hissəsinin lideri 4 il əvvəl keçirilən referendumda Şimali Kiprin BMT planına “hə” deməsinə baxmayaraq hələ də cəzalandırılan tərəf kimi qaldığını bildirib. M.Ə.Tələt deyib ki, 25 il əvvəl adada türk cümhuriyyətinin elan edilməsi separatizm yox, federal, hər iki millətin öz müqəddəratını təyinetmə hüququnu tanıyan yeni dövlətə nail olmaq məqsədi daşıyırdı.
Şimali Kipr prezidenti adanın yunan hissəsi ilə danışıqların davam etdiyini, sülh razılaşması üçün ümidlərin olduğunu deyib. M.Ə.Tələt əlavə edib ki, adada ədalətli və davamlı sülhün əldə olunması üçün onlar öz tərəfindən mümkün olan hər şeyi edirlər. Lakin bu danışıqlar zamanı adanın türk xalqının ən təməl haqlarının qorunması başlıca prinsipdir. M.Ə.Tələtin sözlərinə görə, kiprli türklər heç vaxt adada ikinci dərəcəli toplum olmağı qəbul etməyəcəklər. O, yunan lider Xristofiyasın danışıqlarda manevrlər etdiyini, qarşı tərəfin adada bərabər statusa malik iki subyektdən ibarət vahid federal dövlət qurulması təkliflərinə konstruktiv yanaşmadığın deyib.
Şimali Kipri tanıyan tək ölkə olan Türkiyədən nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Cəmil Çiçək isə çıxışında deyib ki, 25 ildə türklərin elan etdiyi cümhuriyyət insan haqlarına hörmət edən, bölgənin sülh və təhlükəsizliyinə çalışan demokratik dövlət olduğunu sübut edib. İqtisadiyyatını son 6 ildə ciddi ölçülərdə gücləndirib, adambaşıan milli gəlir 12 min dolları keçib. O deyib ki, Türkiyə Şimali Kiprin təhlükəsizliyinin qarantı olaraq qalacaq və heç kimin buna şübhəsi olmamalıdır. Mərasimlər zamanı Türkiyənin hərbi-hava qüvvələrinin “Türk ulduzları ”akrobatik bölməsi uçuşlar keçirib, hərbi parad olub.