İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali İrlandiya millisinin kapitanı: Azərbaycanla oyun bizim üçün çox önəmlidir

1328 11.11.2016 05:34 İdman A A
"Əlbəttə, Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Çünki bu görüşün nəticəsi qrupdakı taleyimizi müəyyənləşdirəcək". 

"Report"un məlumatına görə, bunu Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib. 

31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı təhlil etdiklərini bildirib: "Onlar müdafiədə dərinliklərdən oynayırlar. Heyətlərində çox güclü oyunçular var". 

Evansın fikrincə, bu görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər: "Ev oyunumuzda maksimum xal toplamağa çalışmalıyıq". 

Noyabrın 11-də Belfastdakı "Windsor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR