Şimal qütbündə göydən yağan qar ilə birlikdə mikroplastik hissəciklərin də düşdüyü qeyd olunub.
Musavat.com xəbər veri ki, bununla bağlı dünya alimləri həyəcan təbili çalıb.
Mütəxəsislər bunun təbiət və heyvanlar üçün böyük təhlükə yaratdığını bildirib. Araşdırmalar zamanı bir litr qarda 10 mindən çox mikroplastik hissəciklər aşkar edilib. Hazırda bunun insan həyatı üçün də nə qədər təhlükəli olması araşdırılır.

Bundan əlavə, Şimal qütbü dünyanın ən çirkli yeri kimi tanınır. Bu haqda məlumatları almaniyalı və isveçrəli alimlər yayıb.
Mütəxəsislər qarı qaşıqla şüşə butulkalara dolduraraq araşdırmağa başlayıblar. Araşdırma Almaniyanın Bremerhaven şəhərində Alfred Vegener instutunda baş tutub. Araşdırmalar zamanı gözləniləndən daha çox mikroplastik hissəciklər aşkar edilib. Hətta bəzi parçaların irihəcmli olduğu bildirilib.

Araşdırma heyətinin sədri Melaniya Bergman məsələ ilə bağlı bunları deyib: Biz havanın nə qədər çirkli olduğunu yoxlamaq istəyirdik. Mikroplastik hissəciklər aşkar etdikdə çox təəccübləndik. Hazırda bunun insan həyatı üçün təhlükəli olub-olmadığını araşdırıq".
Bundan əvvəl Çinin sənayə şəhəri sayılan Dongguanda,Tehranda və Parisdə də bu cür mikroplastik hissəciklər aşkar edilmişdi. Mütəxəssislər bunun gəmilərin buzları qıraraq keçməsindən və külək türbinlərindən yarana biləcəyini bildirib.
Turan Oruc
Musavat.com








