İnsanlara hürriyət, millətlərə istiqlal!

Silah gəzdirən narkotacir saxlanılıb

352 21.02.2023 13:58 Kriminal A A

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseynəli Xəlilov saxlanılıb. Bu şəxsin üzərindən 20 qrama yaxın metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun evindən əlavə 2 kiloqram marixuana, 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd həmin silaha aid daraq aşkar edilib. Hüseynəli Xəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını etiraf edib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR