İnsanlara hürriyət, millətlərə istiqlal!

"Silah anbarında partlayışla əlaqədar əhali arasında ölən və yaralananlar barədə məlumat yoxdur" -Yerli icra orqanları

3196 27.08.2017 13:12 Hadisə A A

Hərbi hissədə silah anbarında baş vermiş partlayışla əlaqədar təhlükəsizlik məqsədilə əhalinin evakuasiyası davam edir.

Xızı rayonunun yerli icra hakimiyyəti orqanlarından APA-nın şimal bürosuna bildirilib ki, yerli əhali arasında ölən və yaralananlar barədə məlumat yoxdur.

APA-nın əldə etdiyi məlumata görə, silah anbarında partlayış nəticəsində uçuşan mərmilər ətrafa yayılıb.

Mərmilərin düşməsi nəticəsində Güləzi qəsəbəsində bir neçə evdə yanğın baş verib. Yanğınsöndürənlər yanğının söndürülməsi üçün tədbirlər görür.

Mərmilərin düşməsi nəticəsində Xızı və Siyəzən rayonlarının bəzi boş ərazilərində də bir neçə yerdə yanğın olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR