İnsanlara hürriyət, millətlərə istiqlal!

"Siçan dərmanı" qəbul edib sağ qalmaq?

62442 06.12.2014 12:05 Son xəbər A A
Araşdırmaçı jurnalist Xədicə İsmayılın təzyiqinə məruz qalaraq intihar etməyə məcbur olması ilə bağlı istintaqa ifadə verərək onun həbsinə hüquqi əsas verən jurnalist Tural Mustafayevin hərəkəti və açıqlamaları sosial şəbəkədə aktiv müzakirə mövzusu olaraq qalmaqdadır. Sosial şəbəkə istifadəçiləri onun ifadəsində göstərdiyi "siçan dərmanı içərək" ifadəsi ilə bağlı da şərhlər yazıblar. 

Musavat.com saytının şef-redaktoru Xalid Kazımlı mövzuyla bağlı aşağıdakı şərhi yazıb: 
"Mən vaxtilə sink-fosfitlə ("siçan dərmanı" - qədim adı mərgümüş) işləmişəm. Onunla işləmək üçün gərək ağız-buruna respirator taxasan, qara istiot kimi bir şeydir. iki-üç tozu nəfəs yoluna getsə, adam hazırdır. Onu günəbaxan yağıyla, buğdayla qarışdırıb zəhər hazırlayırlar. O buğdanın birini udan adamda dəhşətli yanğı əmələ gəlir. İnsan başlayır su içməyə, su içdikcə daxili orqanlar parçalanır. Tural Mustafayev o dərmanı necə içib ki, salamat qalıb - baş açmaq çətindir". 

Buna cavab olaraq yazıçı Pərviz Cəbrayıl qeyd edib ki, həmin şəxs zəhəri qəbul etdikdən sonra onun təsirini azaltmaq üçün çoxlu süd içib. 

Həkim Vaqif Qarayev isə sink-fosfiti nəzərdə tutaraq yazıb: "Qisa müddətdə öldürücü təsiri var... Amma çox az dozada qəbul edildikdə və vaxtinda müdaxilə olunduqda xilas varianti mümkündür. Bu, məsələnin tibbi aspektidir! Teatr çixartmaq istəyənlər isə adətən əvvəlcədən bu haqda məlumatli olurlar".

Həbs olunan Xədicə İsmayılın rəfiqəsi, araşdırmaçı jurnalist Aynur İmranova "zərərçəkən"in daha əvvəllər intihar şousu sərgiləmək məqsədi ilə sosial şəbəkədə paylaşdığı şəkli nümayiş etdirib. Həmin şəkil budur: 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR