İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyla Ramazanlı: “Onu ilk dəfədən çox bəyəndim” - VIDEO

2678 10.01.2017 14:52 Şou-biznes A A
Müğənni Leyla Ramazanlı ilin ilk mahnısını izləyicilərinə təqdim edib. 

Musavat.com xəbər verir ki, “Çox özəl” adlı mahnı üçün müğənni fotosessiya etdirib: “Bəstəkar Pərviz Mahmudov mahnını mənə göstərəndə onu dinlədim və çox bəyəndim. 2017-ci il üçün ilk işimdir, uğur gətirəcəyinə əminəm. Əgər ilk dinləmədən mahnı mənim ürəyimə yatırsa, hər zaman onun uğur gətirəcəyinin şahidi oluram. Bu mahnı ürəyim yatdığı üçün elə ilk dinləmədən oxumaq istədim. Mahnı ürəyimcədir. Ona gör fotosessiya da etdirdim. Şəkillər “Kamran Aydınov Studiya”sında çəkilib. Ümid edirəm ki, bu mahnı da  digər mahnılarım kimi seviləcək”. 

Qeyd edək ki, mahnının  musiqisi Pərviz Mahmudova sözləri Leyliyə, aranjemanı isə Hakan Erola məxsusdur. 

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR