İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞEYXÜLİSLAM ŞİMAL BÖLGƏSİNİN QAZİSİNİ İŞDƏN ÇIXARDI

2458 05.02.2011 06:37 Ölkə A A
Belə ki, onların hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra Quba rayon İcra Hakimiyyətində (RİH) tədbir keçirilib. Tədbirdə RİH rəhbərliyi ilə yanaşı, digər dövlət qurumlarının, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, bölgə ziyalıları iştirak edib. Tədbirdə bütün çıxış edənlər D.Səmədovu və F.Məmmədrzayevin hərəkətlərini pisləyiblər. QMİ-nin şimal bölgəsi üzrə qazısı Hacı Naib Səttarov isə çıxışında D.Səmədovu və F. Məmmədrzayevi müdafiə edib. Hacı Naib hətta F. Məmmədrzayevə xitabən “o mənim qardaşımdır” deyib. Onun çıxışı tədbirin digər iştirakçıları tərəfindən narazılıqla qarşılanıb.
Bir həftə sonra Hacı Naib QMİ-yə çağırılıb və QMİ-nin Şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazısı vəzifəsindən azad edilib.
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında Hacı Naibin işdən çıxması faktını təsdiqləyib. Lakin o bildirib ki, Hacı Naib Səttarov işdən çıxarılmayıb, vəzifədən öz ərizəsi ilə uzaqlaşıb: “Ərizəsində şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə vəzifədən çıxmaq istədiyini bildirib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR