İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞEYXİN İŞÇİSİNİN ÖLÜMÜ ƏTRAFINDA MÜƏMMALAR ARTIR

2749 10.11.2011 09:16 Ölkə A A
Bununla belə, bu müəmmalı ölüm işinin bəzi detalları haqda redaksiyamıza xəbərlər daxil olub. Bildirilir ki, F.Məmmədovun cəsədinin aşkar edildiyi “Nissan X-Trail” markalı maşın onun dostu Malik Məmmədova məxsus olub. F.Məmmədovun qol damarlarını bu maşında kəsdiyi deyilir. Ən son məlumatlara görə isə M.Məmmədov F.Məmmədovun dostu yox, yeni tanışlarından biri olub. Mərhumu hadisə baş verən gün Nizami rayonu ərazisindəki evindən çağıran da Malik Məmmədov olub.
Hazırda istintaqçılar Malik Məmmədovun maşınını F.Məmmədova verdikdən sonra hara və nəyə görə getdiyini, öləni evindən kimin xahişi ilə çağırdığını aydınlaşdırırlar. Bundan başqa, F.Məmmədovun dekanı olduğu fakültənin iki tələbəsinin hadisə zamanı onun yanında olması da istintaq tərəfindən cavabı axtarılan suallar sırasındadır. Bununla bağlı hər iki tələbənin və Malik Məmmədovun istintaqa cəlb edildiyi bildirilir. Dekanın öldürülməsi versiyası da nəzərdən keçirilir.
O da məlum olub ki, F.Məmmədovu xəstəxanaya çatdıranlar onun tələbələri olub. Vesti.az yazır ki, F.Məmmədovun cəsədini aşkarlayan tələbələri əvvəlcədən onunla birlikdə maşında olublar. Hadisədən az əvvəl F.Məmmədov tələbələrinə deyib ki, vacib telefon danışığı var və onlardan bir neçə dəqiqəliyə avtomobilin salonunu tərk etmələrini xahiş edib. Tələbələr maşından düşəndən sonra xeyli gözləsələr də, müəllimləri onları geri çağırmayıb. Bundan narahat olan tələbələr maşına qayıdanda F.Məmmədovu huşsuz vəziyyətdə aşkarlayıblar. Xəstəxanada isə məlum olub ki, F.Məmmədovun venaları ülgüclə kəsildiyindən o, kəskin qan itirib və bu səbəbdən də dünyasını dəyişib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirmişdi ki, F.Məmmədov intihar etməyib:
“3 əməkdaşımızdan xəbər aldım. Dedilər ki, Firudin Məmmədov ürək tutmasından dünyasını dəyişib”.
R.Dadaşova F.Məmmədovun ailəli olduğunu, onun əvvəllər səhhətindən əziyyət çəkmədiyini söyləyib.
Redaksiyamıza dekanın ailəsinə yaxın mənbələrdən daxil olan xəbərdə deyilir ki, F.Məmmədovun ətrafı onu dəfn edəndən sonra intihar etməsi barədə məlumat alıblar.
Suriyada ali dini təhsil alan 1961-ci il təvəllüdlü F.Məmmədovun intihar faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Qəzetimizin izləməklə bu müəmmalı ölüm işi ilə bağlı yeni məlumatlarla tanış ola biləcəksiniz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR