Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlu apellyasiya şikayəti verib.
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Elşən Mustafaoğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Həsən Əhmədovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.
Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.
Qeyd edək ki, E.Mustafaoğıu 10 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ilin dekabr ayında həbs edilən Mustafaoğlu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinir.
İlahiyyatçı məhkəmədə ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.
İlkin Muradov
Musavat.com






