İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyxin ardınca Azərbaycanın hüquq müdafiəçiləri Trampa müraciət etdi

1114 07.05.2020 10:00 Gündəm A A

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ABŞ prezidentinə müraciət edib ki, koronavirusun yaratdığı çətinlikləri nəzərə alıb, İrana sanksiyaları yumşaltsın. Həmçinin Qərbin bir sıra insan haqlarının müdafiəsi təşkilatları ABŞ-ı pandemiya dövründə İran, Venesuela və Şimali Koreyaya qarşı sanksiyaların yüngülləşdirilməsinə, bu ölkələrə tibbi və ərzaq yardımı göstərilməsinə çağırıb. 

Lakin prezident Trampın yardımların qəti şəkildə əleyhinə olan tərəfdarları bu yolla avtoritar hökumətlərin hakimiyyətdə qalmasına xidmət ediləcəyini deyir.

İran aprel ayında koronavirusun yayıldığı bir vaxtda ilk hərbi satilliti fəzaya göndərib. Bu isə ABŞ-ın Nümayəndələr Palatası üzvlərinin 90 faizinin İrana qarşı silah emborqosunun genişləndirməsinə səbəb olub.

Lakin İrana tətbiq edilən ticarət və maliyyə məhdudiyyətlərinin yumşaldılması çağırışları da artıb. Belə ki, İran Yaxın Şərq ölkələri arasında virusun ciddi təsirinə məruz qalan ölkədir.

Koronavirus pandemiyası qlobal yanacaq qiymətlərinin düşməsi ilə Venesuelada vəziyyəti daha da ağırlaşdırıb.

Şimali Koreyada isə prezident Kim Conq Unun uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması və Pxenyanın koronavirusa yoluxma hallarını qəbul etməməsi qıtlıq yaşanan bu ölkədə ərzaq tədarükünə dair narahatlıqları azaltmayıb.

Bəs Donald Tramp Şeyxin və hüquq müdafiəçilərinin xahişini eşidəcəkmi? Azərbaycanın tanınmış hüquq müdafiəçiləri də analoji müraciəti edərlərmi?

Hansı əclaf türkün qanını mənə vurdularsa... – Novella Cəfəroğlu ...

Novella Cəfəroğlu: “Humanist mövqe nümayiş etdirsin, sanksiyalar yumşaldılsın”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ prezidentinin Azərbaycandan olan müraciətə müsbət cavab verəcəyi ehtimalı azdır. Lakin çoxsaylı dövlətlərdən hüquq müdafiəçilərinin, ictimai xadimlərin eyni məzmunlu kütləvi müraciətlərinin müsbət effekt verəcəyi ehtimalı böyükdür. Tramp ictimai rəyi, kütləvi müraciətləri nəzərə ala bilər: “Koronavirusla bağlı bütün dövlətlər bir-birinə humanizm prinsipləri ilə yanaşmalıdır, dövlətlərin siyasi maraqları humanizm prinsiplərindən önə çıxarılmamalıdır. Mən də bir hüquq müdafiəçisi olaraq ABŞ prezidentinə müraciət edirəm ki, pandemiya dövründə həmin ölkələrin əhalisinin sağlamlığını, yaşayışını nəzərə alaraq humanist mövqe nümayiş etdirsin, sanksiyalar yumşaldılsın. Çünki münaqişələr və sanksiyalar o ölkələrin əhalisinin vəziyyətini daha da ağırlaşdırır, həyatlarını təhlükə altına atır. Allah bütün dünyaya koronavirus dərsi verməklə ”bir-birinizi qırmayın, bir-birinizə humanist davranın" mesajını vermiş oldu. Hər kəs bundan nəticə çıxarmalıdır".

Mirvari Qəhrəmanlı: Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ...

Mirvari Qəhrəmanlı: “Sanksiya altında ölkələrdə humanitar fəlakət yaşana və dəhşətli faciələrə gətirə bilər”

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə Donald Trampa sözügedən müraciətlərin lazımlı müraciətlər olduğunu və qarşı tərəfin müsbət reaksiya verəcəyinə ümid etdiyini bildirdi: “Ümumiyyətlə, beynəlxalq ictimaiyyət və çoxluğun qarşısında böyük dövlətlərin belə rəhbərləri inadkarlıq nümayiş etdirməməlidir və çağırışlara biganə qalmamalıdırlar. Elə bir dövrdür ki, hətta üzərində sanksiya olmayan güclü dövlətlərin də iqtisadiyyatı çökür. Sanksiya altında olan ölkələrin və bu ölkələrin vətəndaşlarının iqtisadi vəziyyəti isə daha acınacaqlıdır. Həmin ölkələrdə humanitar fəlakət yaşana və dəhşətli faciələrə gətirə bilər. Ona görə də həm ABŞ və müttəfiqləri, həm də Avropa İttifaqı sanksiyaları yumşaltmalıdırlar. Mən də Amerika prezidentinə, Avropa İttifaqına pandemiya dövründə bütün ölkələrə sanksiyaları ya dayandırmaq, ya da yumşaltmaq çağırışını edirəm. Sanksiya altında yaşayan dövlətlərin sadə əhalisinin xilası üçün bu edilməlidir. Sanksiyalardan xalqlar əziyyət çəkir. Mən bir neçə hüquq müdafiə təşkilatları koalisiyalarının da bu istiqamətdə çağırışlarına qoşulmuşam”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR