Azərbaycan nümayədə heyəti Maqomedsalam Umaxanovun 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edir
Azərbaycan nümayəndə heyəti Dağıstan respublikasında səfərdədir.
RİA agentliyinin məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Mahaçqala şəhərindədir.
Azərbaycan nümayəndə heyəti görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edir.
Mahaçqala hava limanında fəxri qonaqları Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Dağıstan hökumətinin sədri Artyom Zdunov, Dağıstanın müftisi şeyx Əhməd-Hacı Abdullayev və başqaları qarşılayıblar.//tvreal.az









