İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyx Əbdüldən SENSASİON AÇIQLAMA: "Öz kefini çəkir, deyir, arxamda filankəs dayanıb..."

5224 26.12.2022 14:28 Mədəniyyət A A

"Ucnoqta.az" baş verən qalmaqal barədə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevaya zəng edib. O, məsələ ilə bağlı sualı eşitdikdən sonra bunları deyib:

"Mən hazırda tədbirdəyəm. Danışa bilmirəm. Bu barədə fikir bildirməyəcəm".

***

Bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. Məlumata görə, bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb. Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün İttifaqın hər hansı qurultayı baş tutmayıb.

577176a6dfb19c7d93090e9d7a9efabe.jpg (83 KB)

Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Musavat.com-a bildirib ki, o, qurultay yox, mətbəx, çayxana toplantısı olub:

"Bunlar qeyri-qanuni oyunlardır. Bu, Azərbaycan milli kinosuna, onun İttifaqına, kinoçularına qarşı təxribatdır. Orada maraqlar güdən bəzi adamlar iştirak ediblər. Sədr, İdarə Heyəti bilavasitə ya qurultay, ya da konfrans yolu ilə seçilir. Bütün İttifaqın üzvlərinin rəsmi iştirakı ilə bülletenlər paylanılır, toplantı keçirilir və ümumi toplantıda ilk olaraq İttifaqın sədri böyük bir hesabat məruzəsi ilə çıxış edir, həmin məruzə əsasında müzakirələr gedir və qiymətlər verilir. Ondan sonra şəxsi çıxışlar olur və nəhayət sədr və İdarə Heyəti səsvermə yolu ilə seçilir. Bu, 5 ildən bir keçirilməlidir, bizdə isə 8 ildir keçirilmir. Biri deyir pulumuz yoxdur, digəri başqa söz danışır, gülməli şeylər danışırlar. Çünki qorxurlar, bilirlər ki, ümumi qurultay keçirilsə, təsadüfi adamlar orada olmayacaq. Ona görə də hər vasitə ilə müqavimət göstəriblər, yalan danışıblar. Çox təəssüf ki, rəsmi dövlət adamlarının adı ilə alver ediblər. Sədr, katib qeyri-legitimdir. 3-5 nəfərlə sədr seçiblər. İdarə Heyətində olanlardan üçü dünyasını dəyişib, biri isə imtina edərək gedib. İdarə Heyəti də qeyri-legitimdir. Orada iştirak edən 1 üzv mənə dedi ki, gördüm biabırçılıqdır, durub getdim. Bu, biabırçılıq, rüsvayçılıqdır. Onların kinoya aidiyyəti yoxdur. Hətta Mətbuat xidmətinin xəbəri olmadan fərdi şəkildə məlumat yayıblar. İlin sonunda hesabat adıyla yığışıb sədr seçiblər. Sədrin də bir yaş həddi olmalıdır. Şəfiqə Məmmədovanın 78 yaşı var. Mən onlar kimi təsadüfi adam deyiləm, kino adamıyam. Həyatımın 62 ilini kinoya həsr etmişəm. Mən imkan verə bilmərəm bu qarşıdurma, parçalanma davam etsin. Təxminən 2 ay əvvəl Şəfiqə xanımla görüşüb 2 saata yaxın söhbət etmişdim, qurultay barədə danışmışdıq. Sədri və İdarə Heyətini bilavasitə qurultay seçməlidir. Mən həmişə Oqtay Mirqasımova hörmətlə yanaşmışam. Belə çirkin bir işdə iştirak etməkdən utanmaqdansa, dil uzadır, mənə cavab verir. Deyir ki, pulumuz, imkanımız yoxdur. Onun kinodan xəbəri yoxdur. 80 yaşı var, Azərbaycan dilində danışa bilmir. İnamınız, cəsarətiniz yoxdur, qorxursunuz. Kinoya aid olanlar acından ölür, siz isə kef edirsiniz. Haramınız olsun. Vicdanınız olsun, yaşlı adamlarsınız, axirət haqda düşünün. Qurultay üçün restoran lazım deyil. Bina və zal var. Onlar öz ətraflarından kənara çıxmağa qorxurlar. Kinoya aid olmayanlar özlərindən hoqqa çıxarırlar, su bulandırırlar. Bu qarşıdurmadan özləri üçün istifadə edib kef edirlər. Bu, nə əxlaq, mənəviyyatdır? Bu, kinoya aid olmayanların təxribatı, xəyanətidir. Kinematoqrafçılar İttifaqı sex, yaxud mağazadır?"

Xalq artisti qeyd edib ki, cənab Prezident kinomuzun məhv olmaması üçün həm İttifaqa, həm də kinostudiyaya büdcədən əlavə pul ayırıb:

"Dünyanın heç bir yerində İttifaqa artist rəhbərlik edə bilməz. Belə bir biabırçılıq yoxdur. Bu, şəxsən Ramiz Mehdiyev, Fatma Abdullazadə və Əli Həsənovun birbaşa günahı ucbatından olub. O vaxt Rüstəm İbrahimbəyovun çıxardığı hoqqaya görə qarşıdurma yarandı, özü də aradan çıxdı. İttifaq pis günə qaldı, bizi ordan qovub çıxardılar.

2 nəfər kef edir, o birilər də bir-birinə top-tüfəng atır. Mən kino davası edirəm. Deyiblər ki, guya mənə zəng ediblər, telefonum bağlı olub. Ayıb olsun sizə. Mən İttifaqın 5 metrliyində yaşayıram. İttifaqa bir hücum olan kimi isə məni yada salıb, irəli ötürürlər. Hamısı qaçıb gizlənir. Mən Ədliyyə Nazirliyinə müraciət edirəm. Əgər onlar belə bir təxribatı qeydiyyata alacaqlarsa, mən onları məhkəməyə verəcəm. Dövlət səviyyəsində qurultay keçirilməlidir. Sədr və İdarə Heyəti kino xadimlərinin iştirakı ilə bir yerdə seçilməlidir. Hər iki İttifaq bir yerə gəlməlidir və sədr seçilməlidir.

Şəfiqə xanım mənim tələbə yoldaşımdır. Çətinə düşən kimi ya Ayaz Salayev, ya da mən danışmışam. Şəfiqə Məmmədova hələ mətbuata özünü göstərməyib. O qadının xəbəri yoxdur ki, Şeyx son 20 ildə 4 tammetrajlı ssenari ortaya qoyub, 8 filmdə baş rola çəkilib. Onun kinostudiyadan xəbəri yoxdur. Öz kefini çəkir, lazım gələndə rəsmilərin adından istifadə edir ki, mənim arxamda filankəs dayanıb. Bizim 80 yaşımız var. İttifaq onluq, artistlik deyil".

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR