İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şeytan” Yerə yaxınlaşır, “buynuzlar”ı da var – Everestdən iki dəfə böyükdür

11407 29.10.2023 20:02 Astrologiya A A

Nəhəng “Şeytan kometi” Yerə kürəsinə doğru uçur. Elm adamları iddia edirlər ki, komet Everestdən iki dəfə böyükdür.

Astronom, ABŞ-ın Louell Rəsədxanasının tədqiqatçısı Teddi Kareta bu səma cisminin bəşəriyyət üçün heç bir təhlükəsinin olmadığını deyir.

“Komet gözlə və ya durbinlə görüləcək qədər parlaq ola bilər, amma bu, çox yaxın olacağı üçün deyil. Bunun səbəbi çox parlaq olmasıdır”, - elm adamı söyləyib.

Komet 2024-cü ildə aprelin ortalarında Yerdən təxminən 232 milyon kilometr məsafədən keçəcək.

“Görünən odur ki, apreldə tam Günəş tutulması olacaq, ona görə də insanlar kometi görmək üçün təqvimlərini qeyd etməyi düşünməlidirlər”, - Kareta bildirib.

“Şeytan kometi” (12P/Pons-Brooks) ilk dəfə 1812-ci ildə kəşf edilib, 1883-cü ildə yenidən görülüb.

Britaniya Astronomiya Assosiasiyasının məlumatına görə, onun aktiv buz vulkanı olan 20-yə yaxın digər belə kometdən biri olduğu güman edilir.

Astronomlar nüvəsi ətrafında “buynuzlar” gördükdən sonra komet “Şeytan” adını alıb. Bəziləri bunu “Ulduz Müharibələri” filmindəki “Millenium Falkon” kosmik gəmisi ilə müqayisə etdirlər. Elm adamlarının fikrincə, “buynuzlar” əslində hələ də öyrənilməkdə olan qeyri-adi emissiyalardan yaranan qaz və tozlardır.//Teleqraf.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR