İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şəxsi həyatım özümə məxsusdur” – Anar Mədətovdan ayrılıq açıqlaması - FOTOLAR

1982 30.04.2019 20:57 Şou-biznes A A

Prodüser Anar Mədətovun həyat yoldaşı Elnurə Mədətovadan boşanmadan, evlənməyə hazırlaşdığı və ötən gün özünə xına mərasimi təşkil etdiyi barədə xəbər yayılıb.

Hətta prodüserin futbolçu oğlu Mahir Mədətov atasının soyadından imtina edib və sosial şəbəkədə soyadını “Əmrəli” olaraq dəyişib.

Məsələ haqqında musavat.com saytına açıqlama verən prodüser isə bildirib ki, şəxsi həyatı ilə bağlı danışmaq istəmir: “Şəxsi həyatım özümə məxsusdur. Kiminsə qarışmasına icazə vermərəm. Şəxsi həyatımın müzakirə edilməsi xoş deyil. Hər kəs öz işi ilə məşğul olsun. Artıq bu haqda danışmaq istəmirəm”.

Qeyd edək ki, Mədətovlar ailəsinin dağılması və məşhur prodüserin evlənməyə hazırlaşması barədə ilk xəbəri axşam.az saytı yayıb.

Anar Mədətov Samirə adlı vizajistlə ailə qurmağa hazırlaşır. Onun ilk evliliyindən M.Mədətovdan başqa bir qızı da var.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR