İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevinc Telmanqızı ilə ölkə gündəmi: Jurnalistlər Prezidentin izi ilə Zəfər yolunda CANLI

443 16.06.2021 14:02 Gündəm A A

Günümüzün ən böyük hadisəsi - Şuşa bəyannaməsidir! İmzalanan bu müqavilə Türkiyə - Azərbaycan münasibətlərində bütün sahələri əhatə edir. Amma daha çox hansı sahədə üstünlük var? Hərbi, siyasi, yoxsa iqtisadi?

Ərdoğan dedi, "tarımdan siyasətə qədər" hər şey burada əks olunub. Yeni detallar da çıxır üzə bu sənədlə bağlı.

İ.Əliyev dedi ki, bu, Qars müqaviləsinə istinad edilən müqavilədi. Demək, hərbi-siyasi yükü daha çoxdur. İ.Əliyev çıxışında təxmini belə

ifadə işlətdi: "Türkiyə kimi müttəfiqi olan ölkə qələbə qazanmalıydı".
Sənədin bir cümləlik tərifi budur: "Türkiyə və Azərbaycan üçüncü
ölkədən təhlükə olarsa, bir-birini qoruyacaq". Bu düsturu İlham Əliyev oktyabrda xalqa müraciətində açıq ifadə etmişdi. Demişdi ki, Türkiyənin F16-ları ona görə Azıərbaycandadır ki, üçüncü ölkədən müdaxilə olarsa, o təyyarələr havaya qalxacaq".

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın konfrans keçirdikləri məkanın arxa fonu maraqlı seçilmişdi. Erməni vandalizmi, işğalçılığı tam çılpaqlığı ilə dünyaya nümayiş etdirildi. Ərdoğan çıxışında arxa fonu göstərib, erməniliyin nə demək olduğunu dünyanın gözləri önünə sərdi. Möhtəşəm səhnəydi, böyük gediş idi. Ərdoğan da əla tutdu məqamı və Ermənistanı, erməniliyi tam mənasıyla ifşaya məruz qoydu.

Şuşa Zirvəsində Putinin üzərinə qoyulan böyük məsuliyyətdən də danışaq. Ərdoğan söylədi ki, bölgədə sülhün yaranması üçün Rusiya prezidenti cənab Putin də ciddi çalışır. Onun bu sözləri həm də ciddi informasiya sayılmalıdır. Demək, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlığı
davam edir, heç bir qırılma, pozuluşma yoxdur. Başladılan proses - Cənubi Qafqaz da daxil olmaqla, böyük bir regionda müharibədən xilas
olub sülh mərhələsinə keçid uğurla davam edir.
İyunun 15-dən sonra Qarabağdakı Rusiya sülhməramlılarının aqibəti
necə olacaq? Türkiyə (dolayısı ilə NATO) Qarabağda rəsmən möhkəmləndi.

Levon Ter-Petrosyanın məğlubiyyət etirafları. O deyib ki, artıq Ermənistanı müdafiə edən yoxdur. "Dünya Qarabağı Azərbaycanın ərazisi hesab edir". Ardınca da deyib: "Hər şey
bitdi". Petrosyanın bu sözləri Ermənistanın dövlət olaraq hərbi-siyasi müflis olmasının ən açıq və net ifadəsidir. Prezidentimiz Türkiyə prezidenti Ərdoğana Xankəndini göstərərkən "Ora da qayıdacağıq" ifadəsini işlətdi . Bu yaxın gələcəkdə mümkün olacaqmı ? Azərbaycan insanı bu açıqlamalardan nə gözləyir? Bunun siyasi davamı necə olacaq?

Prezidentin izi ilə…gedən jurnalistlər bu gün Füzulidə və Zəfər yolunda nələr gördülər?

Bu və gündəmdəki bir çox mövzuları aparıcı Sevinc Telmanqızının təqdimatında müəllif verilişində izləyin.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR