Sevinc Babayevanın ölümündən əvvəl prokurorluğa yazdığı məktub “Yeni Müsavat”da
Məktub əl yazısı ilə yazılıb. Bir neçə yerdə müəllif öz xətti ilə düzəlişlər edib. Məktubu olduğu kimi, nöqtə-vergülünə toxunmadan, hətta cümlə quruluşundakı xətaları da düzəltmədən dərc edirik:
“Mən 97-ci ildə Ali Sovetdə qəzet müxbiri kimi çalışırdım”
“Mən məlum hadisələrin təsirindən Elşad və Elsevər Abdullayev qardaşlarının qorxusundan Vətəni tərk etmək məcburiyyətində qaldım. Mən ağır xəstəyəm. İyun-iyul aylarında Neftçilər və Gömrük qospitalında uzun müddət infarkt diaqnozu ilə müalicə olunmuşam. Ürəyimdə 3 damarda daşlaşma və tutulma var. Bütün olanlar onsuz da zəif olan səhhətimə pis təsir edir. Mən yataq xəstəsiyəm. Bütün bunlara baxmayaraq, istintaqa öz köməkliyimi göstərmək istəyirəm. Ona görə də Sizə müraciət etmək qərarına gəldim.
Mən 1997-ci ildə həmən Elşad Abdullayev ilə ABU-nun tələbə qəbulunda dəllallıq edən qardaşı Mahir Abdullayev tanış edib. O illərdə mən Ali Sovetdə qəzet müxbiri kimi çalışırdım. Elşad məni Ali Sovetin bir sıra deputatları ilə tanış etməyi xahiş etdi. O dərin düşüncə sahibi olmasa da belə tanışlıqlardan məharətlə istifadə edirdi.
O zamanlar “San Marino adlanan universitet var idi. Familiyasını bilmədiyim Əhmədxan adlı bir şəxs universitetin rektoru idi. O vaxtlar da Elşad Abdullayev müxalifət qəzetlərində çalışırdı. Elşad Abdullayev qardaşları ilə birlikdə Əhmədxanı döyə-döyə universiteti onun əlindən aldılar. E.Abdullayev qayınatası Hüseyn Abdullayevin köməyi ilə Aqil Əliyevlə tanış oldi. Akademik Aqil Əliyev çox nəcib və təmiz insan idi. Hiyləgər Elşad Abdullayev ondan istifadə edərək universitetin adını dəyişərəl ABU qoydu və universitetin rektorluğunu ələ keçirdi. Yemiş satan, siqaret satan bu qardaşlar az bir zamanda elmlər doktoru, professor oldular. E.Abdullayevin nə qədər savadsız olduğunu ABU-nun bütün kollektivi bilir. Moskvada kitablar çap etdirən rus dilini qətiyyən bilmir. Abdullayev qardaşları əxlaqsız və tərbiyəsizdirlər. Mahir Abdullayev onların arasında xüsusi əxlaqsızlıqla seçilirdi. Onlar universitetdə çalışan və təhsil alan qız və qadınların şərəf və ləyaqətinə sataşırdılar. Elşad Abdullayev internetdə yaydığı növbəti yalanlarının birində mənim Mahirin itməsində əlim olduğunu yazır. Yəqinlik ilə Sizi əmin edirəm ki, onun itməsindən mənim xəbərim olmayıb. 2004-cü ilin sonlarında E.Abdullayev məni yanına çağıraraq, Dağıstan və Moskva filiallarının açıldığını bildirdi. O məndən adı çəkilən filiallara tələbə qəbul etdirmək üçün uşaq tapmağımı xahiş etdi. 2005-ci ildə biz birlikdə Moskva filialı toplantısında iştirak etmək üçün Moskvaya getdik. O məni tərcüməçi kimi aparmışdı. Çünki rus dilini bilmirdi.
“Elşad bizə gəlib, 210.000 ABŞ dollarını özü ilə apardı”
Mən gedib görəndə ki, o, Moskvada qara CİP-lərdə gəzir, müxtəlif yerləri təmir elətdirir, ondan soruşdum: Bütün bunlar sənindir? O mənə alınan obyektlərin və evlərin sənədlərinin kupçalarını göstərdi. Biz Bakıya qayıdandan sonra o, məni kabinetinə çağırıb dedi ki, Moskva universitetinə (filialına) qəbul üçün tələbə yığmaq lazımdır. Mən Rasiyada yaşayan 91 nəfər abituriyent tapdım və universitetdə qəbul qaydalarını öyrənmək istədim. Moskvada Mais adlı bir nəfər bu işlərlə məşğul olurdu. Bir gün axşam Elşad Mais ilə bizə evə gəldi. Mais mənə qəbulun detallarını başa saldı. O vaxtdan mən abituriyentlərin sənəd və pullarını hazırlamışdım. Bir gün sonra Elşad Abdullayev bizə gəldi. 91 nəfərin sənədini və 210.000 ABŞ dollarını özü ilə apardı. Oktyabr ayının sonlarında (2055-ci ildə) mən universitetə gəldim və Elşad Abdullayevdən qəbulun nə yerdə olduğunu soruşdum. Dərslərin nə vaxt və harada olacağını öyrənmək istəyirdim. Həmən gündən mənə qarşı hədələr və qorxutmalar başlandı.
Bir gün Elşad və Elsevər qardaşları gecə saat 2-də mənim evimə gəldilər. Üstümə silah çəkən qardaşlar məni xəbərdar etdilər ki, əgər bu məsələləri mən kiməsə desəm, məni öldürəcək. Elsevər mənə zəng edərək qorxudur və təhqir edirdi. Mən tək qadını bu ailə bədbəxt etdi. İnsanlara olan inam və etibarımı itirdim. Başladım nəyim varsa borc qaytarmağa. Bunun üçün 2 müxtəlif mənzil, maşın və qızıl zinyət əşyalarımı dəyər-dəyməzinə satıldı. Banklardan bor alıb şikayətçilərin borclarını sqaytarırdım. Dediklərimi sənədlərlə təsdiq edə bilərəm. E.Abdullayev bu işləri təkcə mənim başıma açmayıb. Universitetdə çalışanlar bir sıra müəllim və işçilərin bəzilərini bu yolla müflis edib.
“Gülər Əhmədova ona dedi ki, belə əxlaq sahibindən deputat olmaz”
Mən bu insanların çoxsunu tanıyıram. Mən Gülər Əhmədovanı YAP-ın iclaslarının birində tanış olmuşam. Onun bir xeyirxah və mərd qadın olduğunu çox eşitmişdim. Ona görə də Elşad Abdullayevlə aramızda olan məsələni ona danışdım və mənə yardım etməsini xahiş etdim. Xahiş etdim ki, E.Abdullayev ilə şikayətçilərin bircunun qaytarılmasında mənə yardım etsin. Gülər Əhmədova E.Abdullayevə telefon zəngindən sonra E.Abdullayev məni yanına çağırıb dedi: “Mən MM-ə deputatlıqa namizədliyi irəli sürmüşəm. Seçkilər bitdikdən sonra sənin və o biri borcluların pulunu qaytaracam. Lakin mən ona inanmadım. Təkidlə Gülər xanımdan onunla görüşüb söhbət etməsini xahiş etdim. Biz onunla ilk dəfə ABU-da görüşdük. O söz verdi ki, seçkidən sonra bütün sikayətçilərin pullarını qaytaracam. Gülər xanım isə pulları seçki qurtarmamş qaytarılmasını məsləhət bildi. Çünki ondan şikayətlər müxtəlif instansiyalara daxil olundu. Gülər Əhmədova ona dedi ki, belə əxlaq sahibindən deputat olmaz. Bayıra çıxanda Gülər xanım mənə dedi ki, Sevnc başım öz seçicilərimə qarışıb. Ərim ciddi xəstədir. Mən indi sənin problemlərinlə məşğul olum, yoxsa öz problemlərimi həll edim. Seçkilər bitəndən sonra G.Əhmədova miliət vəkili seçildi. E.Abdullayev seçilmədi. Səhv etmirəmsə bizim o ərəfədə E.Abdullayev ilə görüşüm olmayıb. Gülər xanım o ərəfədə həyat yoldaşını müalicəyə aparmışdı. Mən o vaxtlar onu tapa bilirdim. Bu arada E.Abdullayev 2-ci dəfə YAP tərəfindən deputatlığa namizəd oldu. Məni isə abituriyentlərin valideynləri rahat buraxmırdılar. Məndən polisə, prokurorluğa şikayət edirdilər. Mən mənə məxsus olan əmlaklarımı qaytarırdım. Bütün tanış-bilişlərimdən borc alırdım. Bir gün yenə Gülər Əhmədovaya zəng vurub telefonda ağladım və ondan borc pul istədim. O məndən soruşdu ki, pulu neynirsən. Mən onda dedim ki, Elşadın aldatdığı insanlara borc qaytarıram. O, məəttəl qaldı ki, Elşad hələ pulları qaytarmayıb? Dedim ki, yox. Sonra biz yenə ABU-da görüşdük. Gülər xanım borcluların pulunun qaytarılmasını israrla təkid etdi. O isə pulun müəyyən qismini qaytarıb. Biz qismini seçkilərdə xərclədiyini bildirdi. Lakin seçki qurtarhaqurtardan sonra qalan pulların qaytarılmasına söz verdi. O, Gülər xanımdan seçkilərdə ona kömək etməsini xahiş edirdi. Ondan seçki kampaniyasnı necə apardığını, seçki zamanı seçicilərə nələri vəd etməsini öyrənmək istəyirdi. Elşad xahiş etdi ki, bir vəkil kimi onun yanında olsun. Gülər xanım isə istehza ilə dedi ki, Abdullayev, sən hüquq elmləri doktorusan. Böyük bir universitetin rektorusan, dağ kimi titullu qohum-əqrəban və dostların var. Get onlar sənə köməklik göstərsinlər. Biz otaqdan çıxanda Gülər xanım ona dedi ki, Elşad, deputat seçilmək istəyirsənsə, get şikayətçilərin 500 minini qaytar, yoxsa sən şikayətçilərin qabağında tab gətirə bilməyəcəksən.
(davamı sabahkı sayımızda)
Sevinc TELMANQIZI






