İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sevilya” darmadağına sevinib, “Real” xal itirib

735 26.04.2019 03:12 İdman A A

İspaniya La Liqasında XXXIV tura yekun vurulub.

ONA-nın məlumatına görə, turun son günündə 3 qarşılaşma keçirilib.

“Sevilya” evdə “Rayo Valyekano”nu darmadağın edib. Qonaqların müqavimətini ikinci hissədə qıran meydan sahibləri 32 dəqiqəyə 5 qol vurublar.
“Vilyarreal” “Real Sosyedad”ın qonağı olub. Matçın taleyini qonaqların vurduğu bir top həll edib.

Turun son görüşündə “Real” “Xetafe”nin qonağı olub. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, növbəti turun oyunları aprelin 27-29-da keçiriləcək.

İspaniya La Liqası
XXXIV tur
25 aprel
“Sevilya” – “Rayo Valyekano” – 5:0
Promes, 55, Al-Haddadi, 57, 62, Ben Yeder, 69, Salvatyerra, 86
“Real Sosyedad” – “Vilyarreal” – 0:1
Moreno, 85
“Xetafe” – “Real” – 0:0

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR