İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgilisinin 300 min dollarlıq atını da satdı - Rza Zərrab at fermasını İranlı dostuna verdi

2390 08.10.2022 20:20 Gündəm A A

Türkiyədə adı rüşvət və korrupsiya ilə gündəmə gələn və hazırda ABŞ-ın icazəsi ilə saxta şəxsiyyətlə Mayamidə dəbdəbəli həyat sürən Rza Zərrab 1,2 milyon dollara aldığı at fermasını İranlı dostunun adına keçirib.

Musavat.com xəbər verir ki, O, 300 min dollara aldığı sevgilisinin mindiyi atı da satıb.

2016-cı il martın 22-də çirkli pulların yuyulması ittihamı ilə ABŞ-da həbs edilən və daha sonra razılaşma ilə sərbəst buraxılan Rza Zərrab ötən il ABŞ-ın Florida ştatında ortaya çıxıb. 2020-ci ildə atçılıq üzrə "Next Level Performance Center" adlı şirkət quran və 1,2 milyon dollara at ferması alan Rza Zərrab şəxsiyyətini dəyişərək Aron Goldsmith adını alıb.

Rza Zərrab "Next Level Performance Center"dəki vəzifəsini tərk edərək şirkət sədrliyini iranlı dostu Mənuçehr Negahbana verib. 

Mövzu ilə bağlı şirkətinin sosial media hesablarında adını yazmadan açıqlama verən Zərrab “Yeni prezidentimiz Mənuçehri təbrik edirik! O, lap əvvəldən burada idi və bu obyektin hissə-hissə qurulmasına kömək edirdi. Onun qətiyyətli səyi "Next Level"in uğurunun təməli olub və bizi irəliyə aparmağa davam edəcək", -deyə bildirib.

Rza Zərrab paylaşımda 24 yaşlı at təlimçisi sevgilisi Amanda Perkowski-yə də təşəkkür edib və "Varlığım davam etsə də, bir az uzaqlaşmağın vaxtıdır" sözlərini yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR