“Vudu kuklası” və ya cadusu bir çox filmlərdə və kitablarda yer alsa də, bu cadunun necə və kim tərəfindən yarandığını çox az adam bilir.
“Vudu”nun ixtiraçısı Mari Laveau kimdir?
Vudu kraliçası sayılan Mari Laveau 1801-ci ildə dünyaya gəlib.
Laveau digər qaradərililərdən daha şanslı olub. Çünki o, ağdərili siyasətçi Çarlz Lavonun fermasında doğulub. Beləliklə o, digər qaradərililərdən fərqli olaraq daha sərbəst böyüyüb.![]()
Gənc qadın olduğu zamanlar gözəllik salonunda işləməyə başlayan Mari bir müddət sonra yaşadığı yerdən Nyu Orleanın Fransız məhəlləsinə köçüb.
Marinin “Vudu” əsəri özünəməxsus idi. O, müqəddəs suyun gücü, şamlar və müqəddəs şəxslərin təsvirləri kimi xristian inancları təcrübələrini aşılayan dindar bir katolik idi.![]()
Marinin qaradərili olmasına baxmayaraq, onun və iş adamı olan sevgilisinin ən azı yeddi köləsi var idi.
Mari bazar günləri şəhərin ən ayrılmaz bölgəsi olan Konqo meydanına gedirdi, burada bütün irqlərdən və siniflərdən olan insanlara talismanlar satır, cadu edilmiş müştəriləri üçün ayinlər oxuyurdu.![]()
O daha çox insanın diqqətini cəlb etmək üçün “Yeraltı Vudu Klubu” yaradıb.
Laveonun istedadları bununla məhdudlaşmırdı. O, şəfalı otlar haqqında məlumatlar öyrənmək, xəstəliklərin müalicə üsullarını inkişaf etdirmək üçün çalışırdı.
Mari “Vudu cadusu”nun ixtiraçısı olsa da, xristianları rituallarda iştirak etməkdən çəkindirirdi.
Turan Oruc
Musavat.com
![]()






