Türkiyənin "Manqa" qrupunun solisti Ferman Akgül ilə Əməkdar artist Sevda Ələkbərzadənin ifa etdiyi duetə çəkilən klip təqdim olunub.
Musavat.com xəbər verir ki, "Ulu vətən" adlı bəstəyə çəkilən klip Ferman Akgülün “Youtube” kanalına yerləşdirilib. Mahnıya İlham Qasımov ekran həyatı verib.
Qeyd edək ki, mahnının musiqisi Zaur Abdullayevə, sözləri Samirə Xasməmmədovaya aiddir. Layihənin prodüserləri isə ProMete və İsa Məlikovdur.
Akgül bir müddət öncə Türkiyə mətbuatına açıqlamasında bildirmişdi ki, təklif ondan gəlib və mahnı Qarabağa həsr olunub.
Könül,
Musavat.com






