İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyəlilərin yaşadığı küçənin adı dəyişir – Mədinəni qoruyan paşanın adını daşıyacaq

2229 30.12.2023 17:52 Dünya A A

İstanbul şəhərindən Beşiktaş rayonunun bələdiyyə başçısı Rıza Akpolat Səudiyyə Ərəbistanının baş konsulluğunun yerləşdiyi küçənin adının dəyişdiriləcəyini açıqlayıb.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Atatürk və Fəxrəddin paşanın küçədə xüsusi vizual guşəsi olacağını bildirən Polat bu səhər küçədə asılan fotoşəkilləri də paylaşıb.

Bu qərar Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Superkubok matçının yerli məmurlar tərəfindən əngəllənməsi, daha dəqiqi, lazımi şərait yaradılmaması üzündə “Qalatasaray” və “Fənərbağça” klublarının matça çıxmadan geri qayıtmasından sonra verilib.

Məlum olduğu kimi, səudiyyəlilər futbolçulara Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və TC-nin yaradılmasının 100-cü ildönümünü əks etdirən köynək geyinməyə, ölkənin milli marşının səsləndirilməsinə icazə verməyiblər və bu səbəbdən böhran yaranıb.

Beşiktaş meri Rıza Akpolat buna reaksiya olaraq Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun yerləşdiyi Akasyalı küçəsinə Mədinəyə girmək istəyən ingilislərə qarşı döyüşən və “Səhra pələngi” ləqəbi alan Fəxrəddin paşanın adının veriləcəyini açıqlayıb.

Akpolat sosial media hesabından açıqlamasında bunları deyib: “I dünya müharibəsi illərində çətin şəraitdə 2 il 7 ay Mədinəni və müqəddəs torpaqlarımızı uğurla müdafiə edən vətənpərvər “Səhra pələngi” Fəxrəddin paşanın adını Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun yerləşdiyi Akasyalı küçəsinə verəcəyik.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR